• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Dövlət başçısının yerli televiziya kanallarına müsahibəsi, mediaya tam açıq olması xalq və dünya ilə media vasitəsilə dialoqun unikal formasıdır

  • 13.01.2024, 09:30, Baxış sayı:
  • 171
Dövlət başçısının yerli televiziya kanallarına müsahibəsi, mediaya tam açıq olması xalq və dünya ilə media vasitəsilə dialoqun unikal formasıdır

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa etdi. Ötən il sentyabrın 19-20-də keçirilmiş lokal antiterror tədbirləri nəticəsində isə bütün ölkə üzrə suverenliyimizə nail olduq. Bəli, sentyabr əməliyyatı faktiki olaraq sülh müqaviləsinin imzalanması üçün real şərait yaratdı. Məhz bundan sonra bölgədə sülhün bərqərar ola¬cağına ümidlər artdı və Azərbaycan bu istiqamətdə atılan addımları intensivləşdirdi. Nəticədə ötən il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında heç bir vasitəçi olmadan aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olundu. Dekabrın 13-də əsirlərin mübadiləsi baş tutdu, iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı Dövlət Komissiyasının reqlamenti təsdiq olundu. Eyni zaman¬da, Ermənistan BMT-nin İqlim Dəyiş¬ikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinə öz namizədli¬yini geri götürdü və Azərbaycanın na¬mizədliyini dəstəklədi. Azərbaycan da Ermənistanın Şərqi Avropa Qrupundan COP-un büro üzvlüyünə namizədliyini dəstəklədiyini bildirdi. Bundan əlavə, bəyanatda Azərbaycan və Ermənista¬nın regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin ya¬randığı fikrini bölüşdüyü vurğulandı. Bu, Bakı və İrəvan arasında kənar vasitəçilərin iş¬tirakı olmadan əldə edilmiş ilk razılaş¬ma kimi tarixə düşdü.
Siyasətçilər belə bir razılaşmanın əldə olunmasını həm də ölkələrarası münasibətlərin tənzimlənməsi, o cümlədən sülhlə bağlı danışıqaların yeni bir səhifəsinin açılması kimi dəyərləndirdilər. Bəli, həqiqətən də o gündən bölgədə nisbi sakitlik təmin olundu. Şübhəsiz bu, Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətidir. Hazırda Azərbaycanın strateji hədəfi Ermənistanla sülh sazişinin imzalanmasıdır.
Artıq Ermənistan da Azərbaycanla sülh müqaviləsinin imzalanmasına maraq göstərməkdədir. Amma hazırda görünən budur ki, rəsmi Bakının sülh sazişi ilə bağlı vasitəçisiz danışıqlar təklifini İrəvan hələ ki, qəbul etməyib. Yəni, təcavüzkar ölkə istəyir ki, birbaşa təmaslardan fərqli olaraq onların yanında vasitəçi, daha doğrusu, arxalarında qlobal güc, böyük dövlət dayansın. Bu da Ermənistanın hələ də müstəqil dövlət olmadığının, müstəqilliyinin formal xarakter daşıdığının real mənzərəsidir. Halbuki, hər iki tərəfə təkbətək, vasitəçisiz danışıqlar daha sərfəlidir. Çünki vasitəçi bu kimi proseslərdə öz maraqlarını da ortaya qoyur. Şübhəsiz, belə bir təklif Qərbdən, o cümlədən Fransadan qaynaqlanır. Belə ki, artıq xeyli zamandır Qərb Ermənistanın əli ilə bölgədə möhkəmlənmək məqsədilə dəridən-qabıqdan çıxır. Amma Azərbaycan onların bu niyyətlərinin baş tutmamasında bir səddə çevrilib.
Elə onların ölkəmizə qarşı səsləndirdikləri qərəzli fikirlər, yaydıqları absurd bəyanatlar, hazırladıqları gülüş doğuran hesabatlar buna hesablanıb. Bir sözlə, hazırda İrəvanın bu mövqeyi vasitəçisiz danışıqların baş tutmasında çətinliklər yaratmaqdadır.
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu vacib məqama toxunaraq bildirib ki, sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır: “Ona görə mətn üzrə işlər fəal getməlidir. Bir məsələ də var. Yəqin, siz də bunu bilirsiniz, Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə, istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin”. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik: “Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür”.
Bəs delimitasiya və demarkasiya məsələsi həllini tapmadan sülh müqaviləsi imzalana bilərmi? Bəri başdan xatırladaq ki, bu il yanvarın sonunda Ermə¬nistanın və Azərbaycanın sərhədlərin delimi¬tasiyası üzrə komissiyalarının növbəti iclasının keçi¬rilməsi barədə razılığa gəlinib. Bu komissiyaların sonuncu iclası ötən il noyabrın 30-da Ermə¬nistan–Azərbaycan sərhədində gerçəkləşib. Həmin görüşdə tərəflər komissiyanın iclasla¬rının və birgə işçi görüşlərinin təşkili və ke¬çirilməsinə dair işçi reqlamentin ilkin mətnini razılaşdırıblar. İki ölkə, həmçinin delimitasi¬ya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin razılaşdırılması üzrə işə başlamaq barədə razılığa gəlib.
Prezident İlham Əliyev müsahibəsində hələ də Gürcüstan və Rusiya ilə delimitasiya, demarkasiya proseslərinin davam etdiyini əsas gətirərək bildirib ki, əgər biz delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər: “Biz hesab edirik ki, sülh müqaviləsi imzalanmalıdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Amma yəni, demək istəmirik ki, bizim şərtlər əsasında. Ancaq hesab edirəm ki, bizim şərtlərimiz ən ədalətli şərtlərdir. Delimitasiya prosesi isə davam etməlidir. Kəndlər bizə qaytarılmalıdır. Anklavlarla bağlı komissiyanın işi nəticəsində də razılığa gəlmək olar. Yəni, hesab edirəm ki, bu, tam məntiqli yanaşmadır”. Buradan bir daha aydıın görünür ki, Prezident İlham Əliyev Ermənistanın siyasi rəhbərliyinə sülh müqaviləsinin imzalanması üçün şanslar verməkdə davam edir.
Bütün bunlardan belə qənaətə gəlmək olar ki, yaxın vaxtlarda iki ölkə arasında Azərbaycanın ədaləltli şərtləri əsas götürülərək sülh müqa¬viləsi imzlana bilər. Bunu real tarixi şərait, eləcə də Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar tələb edir. Bu aspektdən çıxış etsək, Ermənistanın yeni tarixin gedişatına təslim olacağı şəksizdir.

Rəsul Binəliyev,
Sabirabad RİH başçısının Əliləmbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter