• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İraq və Azərbaycan xalqı təmənnasız münasibətlərin inkişafında maraqlıdır

  • 23.11.2023, 10:30, Baxış sayı:
  • 201
İraq və Azərbaycan xalqı təmənnasız münasibətlərin inkişafında maraqlıdır

Azərbaycan beynəlxalq münasibətlərin inkişafında, yeni inteqrasiya sxemlərində dayanıqlı konfiqurasiyalar yaradır: "Bu ondan irəli gəlir ki, imperiya qüvvələrinə qulluq edən ölkələrdən fərqli olaraq biz sağlam münasibətlərin tərəfdarıyıq və bərabərhüquqlu yanaşmalara üstünlük veririk. Əgər böyük dövlət xırda bir məmləkətlə münasibət qurur və öz geosiyasi çəkisindən sui-istifadə edərək xeyir güdməyə çalışırsa, biz buna qarşı çıxırıq. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, bizim üçün vacib olan əməkdaşlığın sağlam ruhda inkişaf etməsi və hər bir tərəfin maraqlarının nəzərə alınmasıdır. Bu baxımdan istər post-sovet məkanında, istər ərəb dünyasında, istərsə də islam birliyində bizim üzümüz ağ, alnımız açıqdır.
İraq təlatümlü dövrünü yaşayan məmləkətdir. Uzun illər müharibələr yaşayıb və istilaların təzyiqini hiss edib. İndi isə İraq öz mövqeyini tənzimləyərək bir çox istiqamətlərdə əməkdaşlıq diskuslarını inkişaf etdirməyə çalışır. Bu mənada Azərbaycan da İraq üçün vacib ölkələrdən biridir. Təsadüfi deyil ki, xeyli vaxtdır ölkəmizdə İraq səfirliyi fəaliyyət göstərir.
Eyni zamanda, İraqda da Azərbaycan səfirliyi var və çoxlu sayda soykökünə bağlı doğmalarımız yaşayır. Bu yaxınlarda İraq türkmənlərin böyük nümayəndə heyəti Azərbaycana gəlmişdi. Həmin heyətdə İraq parlamentinin nümayəndələri var idi. Onlar faktiki olaraq İraq dövlətinin siyasətini uzaq sahillərdə həyata keçirən siyasi liderlərdir.
Azərbaycanda üç gün ərzində keçirilən görüşlər onu göstərir ki, İraq və Azərbaycan xalqı təmənnasız münasibətlərin inkişafında maraqlıdır. Bir halda ki, bizim aramızda məlumatlılıq bazası güclənəcək, deməli bu əməkdaşlıqdan böyük fayda əldə edə biləcəyik. Qarşılıqlı fayda varsa, deməli onu tənzimləyən etimad var. Odur ki, Bakı və Bağdad arasında son dərəcə etimadlı dialoqlar aparılır. Hesab edirəm ki, İraq Prezidentinin Azərbaycana səfəri həm münasibətlərimizin yeni keyfiyyət mərhələsinə qədəm qoyması, həm də hər iki dövlətin sülh tərəfdarı olması ilə bağlıdır.

Zəminə Əliyeva,
Sabirabad rayonu Çöl Beşdəli bələdiyyəsinin sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter
302 Found

302

Found

The document has been temporarily moved.