• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Xalqımız Vətən müharibəsindəki tarixi Zəfərin 3-cü ildönümü böyük təntənə ilə qeyd edir

  • 08.11.2023, 00:39, Baxış sayı:
  • 116
Xalqımız Vətən müharibəsindəki tarixi Zəfərin 3-cü ildönümü böyük təntənə ilə qeyd edir
2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən bu savaş cənab Prezident İlham Əliyevin qətiyyətli və əzmkar siyasətinin, Azərbaycan dövlətinin qüdrətinin, Silahlı Qüvvələrimizin yüksək döyük qabiliyyətinin, oğullarımızın qəhrəmanlığının və xalqımızın milli həmrəyliyinin təntənəsinə çevrildi. Bu savaş Azərbaycanı bütün dünyaya qalib dövlət, hər bir azərbaycanlını qalib xalqın nümayəndəsi kimi tanıtdı.
Tarixi torpaqlarımız olan Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına baxmayaraq beynəlxalq ictimaiyyət, xüsusən artıq keçmişdə qalmış problemin həlli ilə məşğul olan təşkilatlar bu məsələdə həmişə ikili standartlardan çıxış etdilər, həqiqəti deməkdən, işğalçını öz adı ilə çağırmaqdan uzaq oldular. Təsadüfi deyil ki, 1992-ci ildən münaqişənin həllində vasitəsçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu bir addım belə irəli gedə bilmədi. Hətta zaman-zaman Azərbaycana öz milli maraqlarının əksinə olaraq güzəştə getməsi üçün təsir etməyə cəhd göstərdilər. Eyni zamanda problemin həlli ilə məşğul olanlar düşünürdülər ki, zaman ötdükcə Azərbaycan xalqı reallıqlarla barışacaq. Bu gün həm dönüb tarixə ekskurs edəndə, həm də Vətən müharibəsinin yaratdığı yeni reallıqlar fonunda görürük ki, artıq tarixə qovuşmuş Minsk qrupunun həmsədri olmuş Fransanın məqsədi əslində Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması imiş.
Lakin xalqımız reallıqlarla nəinki barışmadı, hətta günlərin birində torpaqlarımızın işğaldan azad olunacağına inamını heç vaxt itirmədi. Bu inamını yaşadan isə Ulu Öndər Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi qətiyyətli siyasət idi. Məhz bu siyasətin göstəricisi kimi sülh danışıqlarında Ermənistanın və dünya erməniliyinin maraqlarına xidmət edən təşəbbüslərin, o cümlədən Azərbaycana qarşı olan bütün təzyiqlərin və təsirlərin qarşısı alındı. Buna görə xalqımız əmin idi ki, dövlətimiz qarşıya qoyulmuş bütün hədəflərə inamla çatdığı kimi, yeganə ağrılı problemimiz olan işğal altındakı topaqlarımızı da azad edəcək.
2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev həmin il oktyabrın 31-də keçirilən andiçmə mərasimində demişdi: «Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir».
Prezident İlham Əliyev sülh danışıqlarına sadiq qalmaqla yanaşı, ordumuzun döyüş hazırlığını da yeni mərhələyə yüksəltdi. Silahlı Qüvvələrimizin bütün qoşun növlərində ən müasir çağırışlara uyğun islahatlar həyata keçirildi, hərbi arsenalımız modern silah və texnika ilə zənginləşdirildi. Vətən müharibəsinə qədər keçirilən paradları Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş imkanlarından xəbər verdi. Bütün bunların fonunda Prezident İlham Əliyev hər zaman bəyan etdi ki, Azərbaycan dövləti öz ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verməsə və sülh danışıqları nəticəsiz qalacaqsa, müharibə yolu ilə torpaqlarını işğaldan azad edəcək.
Qeyd etmək lazımdır ki, Ermənistanın yürütdüyü siyasət artıq 2020-ci ilin payızına doğru sülh danışıqlarını tamamilə mənasız etmişdi. 2020-ci ilin sentyabrın 27-də erməni silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri növbəti hərbi təxribat isə hərbi əməliyyatları yenidən alovlandırdı. Həmin gündən «Dəmir yumruq» əməliyyatına başlayan Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını qəhrəmancasına yerinə yetirməyə başladı. Bir-birinin ardınca kənd və şəhərlərimiz düşmən tapdağından azad edildi. Qarabağın mirvarisi olan Şuşa şəhərinin işğaldan azad olunmasından isə Ermənistanın öz hərbi məğlubiyyətini etiraf etməkdən və Azərbaycanın şərtlərinin yer aldığı 10 noyabr üçiərəfli Bəyanatını imzalamaqdan başqa yolu qalmadı. Beləliklə, 44 günə «dəmir yumruq»la düşməni darmadağın edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin noyabr ayının 10-da Azərbaycanın tam Qələbəsini elan etməsi müasir tariximizin ən böyük hadisəsi oldu. Şuşa şəhərinin azad edildiyi 8 noyabr tarixi isə cənab İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü elan olundu.
Bu il sentyabr ayının 19-20-də isə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərinin nəticəsi olaraq cəmi 23 saat ərzində Qarabağdakı erməni separatizminə birdəfəlik son qoyuldu. Separatçı rejimin ləğv edilməsi ilə Azərbaycan dövləti bu ərazilər üzərində suverenliyini tam bərqərar etdi. Bu separatizminə son qoymaqla Azərbaycan təkcə Ermənistana yox, həm də torpaqlarımızda ikinci erməni dövlətini yaratmaq istəyən dünya erməniliyini, Fransanı, qərbin digər siyasi dairələrini məğlub etdi. Bu hadisə bir daha göstərdi ki, heç bir xarici qüvvə öz milli maraqlarını təmin edən Azərbaycanın qarşısını ala bilməz.
Biz bütün bu tarixi qələbələri, ərazi bütövlüyümüzün bərpasını şəhidlərimizin qanı, qazilərimizin canı bahasına əldə etdik. Qarşıdan gələn Zəfər günü ərəfəsində bir daha şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik.
Torpaqlarımızın işğaldan azaz edilməsindən və ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra Azərbaycan öz inkişaf tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas göstəricilərindən biri işğal dövründə ermənilərin barbarcasına dağıtdığı, talan etdiyi torpaqlarımızın sürətlə bərpa edilməsidir. Artıq indiyə kimi Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Zabux kəndlərinin, habelə Füzuli və Laçın şəhərlərinin əhalisinin bir qisminin doğma yurdlarına dönüşü təmin edilib. Cəmi 3 il ərzində görülən işlər təsdiq edir ki, Prezident İlham Əliyevin milli ideya elan etdiyi Qarabağ və Şərqi Zəngəzurun bərpası qısa müddətdə başa çatacaq, azad edilmiş bütün torpaqlarımızda yenidən həyat başlayacaq.
Vətən müharibəsindən sonra Azərbaycanın qədəm qoyduğu yeni mərhələnin digər göstəricisi dövlətimizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, qlobal nüfuzunun yüksəlməsi, xalqımızın dünyada qalib kimi tanınmasıdır. Bütün bunları təmin edən isə möhtərəm Prezidentmiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Təsadüfi deyil ki, məhz Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır!

Vüqar Hüseynov,
Sabirabad rayon Su Kanal sahəsinin müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter