• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Laçın rayonunun azad edilməsi Azərbaycan Ordusunun tarixi qələbəsinin yekunudur

  • 30.11.2021, 09:36, Baxış sayı:
  • 404
Laçın rayonunun azad edilməsi Azərbaycan Ordusunun tarixi qələbəsinin yekunudurİkinci Qarabağ müharibəsində Ermənistanın imzalamağa məcbur edildiyi kapitulyasiya aktına əsasən və Azərbaycan Ordusunun 44 günlük müharibədəki şanlı qələbəsinin yekunu olaraq Ağdam və Kəlbəcərdən sonra ötən ilin dekabrın 1-də Laçın rayonu da işğaldan azad edildi.
[/b][/i]Laçının azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Bununla həm də danışıqlar prosesinin ilk prinsipi olan mərhələlərlə 7 rayonun respublikamıza qaytarılması məsələsi öz tarixi həllini tapdı. Lakin məsələ ondadır ki, bu rayonlar danışıqlar prosesi yolu ilə azad olunmadı.
28 il davam edən proses Ermənistanın təcavüzkar siyasətindən əl çəkmək istəməməsi və həmsədrlərin işğalçıya qol-qanad verən mövqeyi ucbatından nəticəsiz qalmışdı. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığı, beynəlxalq hüququn bütün normalarının respublikamızın tərəfində olduğu halda 28 ildə problemin həllində iştirak edən vasitəçilər qətiyyət nümayiş etdirməkdən uzaq oldular, işğalçını heç vaxt öz adı ilə çağırmadılar, ikili standartlardan çıxış etdilər.
Lakin Prezident İlham Əliyev göstərdi ki, təəssübkeşlərinə, havadarlarına, dünya erməniliyinə arxalanaraq işğal siyasətindən əl çəkməyən Ermənistanı nəinki güc yolu ilə ram etmək, hətta onu yumruqla əzərək rəzil vəziyyətə salmaq da mümkündür. Azərbaycanın yumruğu isə dəmir yumruq idi. Bu dəmir yumruq sentyabın 27-dən, elə savaşın ilk günlərindən düşmənin başını qətiyyətlə əzdi.
Ermənistanın bu müharibədə məğlub olacağı qaçılmaz idi. Çünki döyüşlərin ilk günündən Azərbaycanın hərbi üstünlüyü özünü göstərirdi. İşğalçı dövlətin hakimiyyət orqanları həmişə olduğu kimi müharibə günlərində də öz xalqını aldatmaqla məşğul idi. Azərbaycan Ordusu Hadrutu azad edəndə düşmənin müvafiq orqanları bunu taktiki yerdəyişmə kimi qələmə verdilər. Hətta Şuşa azad edilən gün Ermənistanın müdafiə nazirliyi cəbhənin hansısa istiqamətində guya öz mövqelərini yaxşılaşdırdıqları barədə infomasiya yaymışdı.
Noyabrın 10-da Azərbaycanın işğalçını kapitulyasiyaya məcbur etməsindən sonra Ermənistan ictimaiyyəti də əsl həqiqətlərdən agah oldu. Artıq həmin informasiyaları yayanların heç biri vəzifə başında deyillər. Çünki Azərbaycanın qələbəsi ilə hərəsi bir tərəfə qaçıb. Paşinyanın kapitulyasiya aktına imza atması ilə nəinki Ermənistan ictimaiyyəti, dünya erməniliyi də Azərbaycanın gücünü və hərbi üstünlüyünü gördü.
Xalqa müraciətində Prezident İlham Əliyev Ermənistanın itkilərini və ordumuzun hərbi qənimətlərini də diqqətə çatdırdı. Dövlət başçısının dediyi kimi, Ermənistan ordusu yoxdur: "Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik. Yoxdur Ermənistan ordusu, yoxdur. İndi onlar canlı qüvvəsinin də məhv edilməsi ilə bağlı saxta rəqəmlər verirlər. Bizdə məlumat var. Lazım olanda biz o məlumatı səsləndirəcəyik, işğalçı dövlət nə qədər canlı qüvvə itirib. Biz məhv etmişik Ermənistan ordusunu. Məhz buna görə məcbur olub, diz çöküb bizim qabağımızda kapitulyasiya aktına imza atıb. Hər kəs üçün bu, dərs olmalıdır”.
Azərbaycan əsgərləri döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdilər. Eyni zamanda Vətən müharibəsi göstərdi ki, xalqımız onu ümdə arzularına qovuşduran Liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşib. Beləliklə, İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, Ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillər oldu.
Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev qədim Azərbaycan torpağı, ərazi baxımından Azərbaycanın ən böyük rayonlarından biri olan füsunkar təbiətə, zəngin mədəni irsə, tükənməz təbii ehtiyatlara malik Laçının işğaldan azad olunması münasibətilə bütün Azərbaycan xalqını, xüsusən də laçınlıları təbrik etdi.
Yeri gəlmişkən, Laçının azad olunması Azərbaycanın qarşısına qoyduğu məqsədləri sırasında ən başlıcalarından idi. Tarixin ironiyasına baxın ki, Şuşanın və Kəlbəcərin işğaldan azad edilməsi tarixləri kimi, Laçının da azad edilməsi təqvimləri ermənilərə psixoloji zərbədir, onlara tarixin silləsidir. 31 il əvvəl, 1989-cu ilin dekabrın 1-də Ermənistan SSR Ali Məclisi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul etmişdi. Məhz dekabrın 1-də Laçının işğaldan azad edilməsi onlar üçün həm də psixoloji bir zərbə oldu.
Beləliklə, 300 ilə yaxın idi ki, böyük qələbələrə həsrət qalan Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin başçılığı altında ermənilərə və onların havadarlarına dəmir yumruğun gücünü göstərmiş oldu. Ermənistan üçün çox həssas coğrafi ərazi olan Laçın və digər torpaqlar İrəvan diz çökdürülərək işğaldan azad edildi. Bundan sonra isə digər həssas mövzularda tərəflər arasında dialoq davam edəcək. Regionda marağı olan bütün qüvvələr və Ermənistan anlamalıdır ki, Qarabağ Azərbaycandır!

Əli HÜSEYN,
“Muğanin səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter