• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

8 noyabr Vətən müharibəsini qələbə ilə sonlandıran Zəfər günüdür

  • 07.11.2023, 17:30, Baxış sayı:
  • 215
8 noyabr Vətən müharibəsini qələbə ilə sonlandıran Zəfər günüdür
2023-cü ilin 19 sentyabrında Azərbaycan Ordusu Qarabağda erməni terrorçu qruplarına və Ermənistanın işğalçı ordusunun tör-töküntülərinə qarşı lokal xarakterli antiterror tədbirlərinə başladı. Təxminən 24 saata yaxın çəkən antiterror tədbirləri nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ ərazisində olan terrorçu qruplaşmalar təslim olaraq, ağ bayraq qaldırdılar.
Azərbaycan tərəfindən Qarabağda keçirilən antiterror tədbirləri 2020-ci ilin sentyabr ayında başlayan və 44 gün davam edən, II Qarabağ müharibəsinin məntiqi davamı idi. Onu da qeyd edək ki, II Qarabağ müharibəsi Azərbaycan -Türkiyə münasibətlərinin daha geniş, daha böyük bir tərəfdaşlıq mərhələsinə keçməsinə səbəb oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana qətiyyətli dəstək nümayiş etdirməsi, Türkiyə- Azərbaycan əməkdaşlığını xüsusi bir geostrateji faktora çevirdi.
Qarabağda antiterror tədbirlərinin həyata keçirilməsini zəruri edən bir sıra səbəblər vardı. Əvvəlcə onu qeyd edək ki, Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapan əsas müddəalardan biri Ermənistan silahlı birləşmələrinin qalıqlarının ərazilərimizdən çıxarılması idi. Təəssüflər olsun ki, 3 ilə yaxın dövrdə Ermənistan bu sənəddən irəli gələn öhdəliklərini yerinə yetirilməsi istiqamətində səylər göstərməmiş, törətdiyi təxribatlarla hələ də 30 illik işğal dövrünün ab-havası ilə yaşadığını təsdiqləmişdir. Üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməsi, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərimizə qayıdan dinc əhalinin, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Bundan bir gün sonra 20 sentyabr tarixində bu tədbirlərin dayandırılması barədə razılığın əldə olunması, separatçıların təslim olması qalib ölkəmizin böyük uğuru olaraq hər birimizi qürurlandırdı. Bu Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını nümayiş etdirdi.
Heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca “nəyi, nə zaman və necə” etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmamış, sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı olmuş və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatmışdır. Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndində Azərbaycanın dövlət bayrağının asılacağı günü yaxınlaşdırdı. 2023-cü il sentyabrın 20-də cəmi 23 saat 51 dəqiqə ərzində Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə Xankəndində Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 noyabr Zəfər gününə bərabər növbəti parlaq Qələbə olmuşdur. 2023-cü il sentyabrın 20-də əldə olunan Qələbə siyasi və mənəvi əhəmiyyətinə görə Zəfər Gününə bərabər və onu tamamlayan tarixi hadisədir.

Sübhan Xəlilov,
Sabirabad RİH başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter