Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Sabirabad rayon Heydər Əliyev Mərkəzinin və "ASAN Xidmət" Regional Mərkəzinin birgə təşkilatçılığı ilə "Əsrin müqaviləsi"nin imzalanmasının 29-cu ildönümü münasibətilə "Əsrin müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə "ASAN xidmət" regional mərkəzinin əməkdaşları və könüllüləri, MKS-nin əməkdaşları iştirak edib.
Çıxış edənlər bildiriblər ki, bu müqavilənin imzalanması Heydər Əliyevin böyük dühasının və iradəsinin sayəsində mümkün olub. Artıq 29 ildir "Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyyatına, xalqın rifahına xidmət etməkdədir.
Layihənin böyük əhəmiyyətindən, Azərbaycana böyük maliyyə ehtiyatlarının gəlməsi, Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi, insanların rifahının yaxşılaşması, ölkədə infrastrukturun yeniləşməsindən bəhs edilib.
Bütün çətinliklərə baxmayaraq, Heydər Əliyev Azərbaycanın neft strategiyasını, ölkəmiz üçün əhəmiyyətli olan və bütövlükdə dünya enerji bazarı üçün əhəmiyyət kəsb edən bu layihəni işləyib, həyata keçirə bildi.
Daha sonra Heydər Əliyev Mərkəzinin Muzey hissəsində müvafiq bölmələrinin "20 sentyabr 1994-cü il: Əsrin müqaviləsi", "Bakı - Ceyhan Neft Kəməri" və s. əyani eksponatların təqdimatı ilə gənclərə ekskursiya saatı aparılıb.
Ulu Öndərimiz Heydər Əliyevin "Əsrin müqaviləsi"nin imzalanmasında müstəsna xidməti xüsusi olaraq qeyd edildi və ölkəmizə verdiyi iqtisadi və siyasi töhfələrdən bəhs edildi.
Sonda gənclər "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100" adlı sərgi ilə tanış oldular.