Sabirabad rayonunda "Ulu Öndərin uğurlu xarici siyasəti" mövzusunda dəyirmi masa keçirilib
- 15.08.2023, 14:07, Baxış sayı:
- 112
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Regional "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Ulu Öndərin uğurlu xarici siyasəti" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonrakı dövrdə ölkə həyatının bütün sahələrində qazanılan uğurlardan bəhs edilib.
Bildirilib ki, Azərbaycandakı daxili sabitliyin təməli məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.
Ulu Öndərin qəbul etdiyi strateji qərarlar Azərbaycanın bugünkü inkişafına şərait yaradıb.
Bütün bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan hazırda regionda lider dövlətdir.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin diplomatiya və beynəlxalq münasibətlər sahəsində fəaliyyətindən bəhs edilən videoçarx izlənilib.