“Seçilmiş dəyər zəncirlərinin maliyyə ehtiyaclarının təhlili” mövzusunda görüşlər
- 25.10.2023, 17:31, Baxış sayı:
- 190
Facebook
Вконтакте
Одноклассники
Google+
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşilatının Texniki Əməkdaşlıq Proqramına iyğun olaraq “Kənd yerlərinin maliyyələşdirilmə çərçivəsi: Aqrar Kredit və İnkişaf Agentliyinin kredit əməliyyatlarının dəstəklənməsi” layihəsi əsasında “Seçilmiş dəyər zəncirlərinin maliyyə ehtiyaclarının təhlili” tədbirinin icrası məqsədilə nar dəyər zəncirinin maliyyə ehtiyaclarının təhlinin aparılması üçün yerli və xarici mütəxəssislərdən ibarət təşkil edilmiş missiya iştirakçıları Sabirabad rayonuna səfər etmişlər.
17-18 sentyabr 2023-cü il tarixdə baş tutmuş səfərin ilk günü qonaqlar rayondakı “Konserv” ASC-də, Bulduq kəndində 66 hektar ərazidə salınmış meyvə bağında və onun nəzdində quraşdırılmış təqribən 700 ton meyvə saxlama gücünə malik soyuducu anbarda, həmçinin Qaratoğay kəndində Əsgər Məmmədova məxsus təqribən 2.00 hektar pay torpağında salınmış nar bağında görüşlər keçirmişlər.
Sonra missiya təmsilçiləri nar bağı sahiblərinin iştirakı ilə Sabirabad DAİM-in inzibati binasında yekun görüş keçirmişlər. Görüş zamanı missiya iştirakçıları təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat, fəaliyyətləri nəticəsində əldə etdikləri təsərrüfat göstəriciləri, həmçinin gələcəkdə bu sahədə fəaliyyətləri üçün lazım olan maliyyə vəsaitlərinə ehtiyacları ilə maraqlanmışlar.