• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan xalqı 20 oktyabr - Zəngilan Şəhəri Gününü böyük qürur və sevinc hissi ilə qeyd edir

  • 20.10.2023, 12:43, Baxış sayı:
  • 251
Azərbaycan xalqı 20 oktyabr - Zəngilan Şəhəri Gününü böyük qürur və sevinc hissi ilə qeyd edir
Azərbaycanın hərb tarixində də, dövlətçilik tarixində də 2020-ci ilin 10 noyabrı müstəsna qürurla həmişə xatırlanacaq. Bu tarix bəşəri niyyətlərin təntənəsinin tarixidir. Tarixi Zəfər həm də ayrı-ayrı rayonların işğaldan azad edilməsini də tarixləşdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə bu rayonlara ad edilən günlər müəyyən¬ləş¬dirilib. Oktyabrın 20-si Zəngilan şəhəri günüdür.
Zəngilan Erməmistanın ən son işğal etdiyi rayonumuz idi.
Zəngilan mühasirədəydi, zəngilanlılar, Zəngilan alayı, Zəngilan polisi döyüşürdü. Ancaq Bakıdan kömək gəlmədiyinə görə düşmənin hücumunun qarşısını əhali Araz çayını keçənə kimi saxlamaq mümkün oldu.
Düşmən Zəngilanda da tarixi abidələri dağıtdı, dünyəvi şöhrətə malik meşələrini məhv etdi. Ancaq zəngilanlıların Vətən məhəbbətini titrədə bilmədi.
İkinci Qarabağ müharibəsində torpaqlarımız işğaldan azad edildi. Zəngilan oktyabrın 20-sində azad edildi. Həmin gün tarixin adi günü olsa da tarixi gün oldu.
İndi işğaldan azad edilmiş digər rayonlar kimi Zəngilanda da quruculuq işləri davam edir. Zəngilan yenidən qurulur. Zəngilana Böyük Qayıdış başlayır...
Zənglan şəhəri günü dövlətçilik tariximizdə həm də vətənsevərliyin əlaməti kimi yaşa¬dı¬la¬caq.
Zəngilan şəhəri günü təkcə zəngilanlılar üçün deyil, hamımız üçün qürurlu bir gündür...

Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter