• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Füzulinin yeni siması göz oxşayır

  • 18.10.2023, 18:03, Baxış sayı:
  • 283
Füzulinin yeni siması göz oxşayır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad edilən ərazilərə növbəti səfəri çərçivəsində oktyabrın 17-də Füzuli şəhərinə gələrək “Füzuli Şəhəri Günü”ndə bura köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Ölkə başçısı öz çıxışında xüsusi olaraq vurğulayıb ki, bu gün füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verib. Bura köçən uşaq və yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Ona görə də bu çox böyük bir hadisədir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq.
İndi Füzulinin yeni siması göz oxşayır. İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Füzulidə də yenidənqurma işləri aparılır. Hazırda Füzulidə birinci şəhərsalma layihəsi icra edilir. Burada şəhər tamamilə yenidən qurulur. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir.
Şəhərdə sakinlərin rahat yaşaması üçün bütün infrastruktur, şərait yaradılıb. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, ümumiyyətlə hər şey nəzərə alınıb.
Ölkə başçısı öz çıxışında qeyd etdi ki, “Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi nədən ibarətdir. Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. İşğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir”.
Tamamilə yenidən qurulan Füzulidə tikinti-quruculuq işləri böyük sürətlə davam edir. Artıq şəhərə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılıb. Bu gün artıq 800-dən çox insan öz evlərində yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır.
Böyük Qayıdış Proqramı uğurla icra edilir. Nəzərdə tutulub ki, Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaqdır.
Bütün layihələri icra edərkən, ilk növbədə mühüm əhəmiyyət kəsb edən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır. Məlumdur ki, şəhərin özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən texnika, mal-qara ilə, bütün lazımi vasitələrini onlara təqdim etməklə kömək göstərəcəkdir.
Eyni zamanda burada özünüməşğulluq proqramı da icra ediləcəkdir. Müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcəkdir.

Zülfəli Musayev,
Sabirabad RİH başçısının Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter