Füzuli: azadlıqdan abadlığa
- 17.10.2023, 18:17, Baxış sayı:
- 178
Facebook
Вконтакте
Одноклассники
Google+
Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub. Bu gün Füzulidə ermənilərin basdırmış olduğu minaların təmizlənməsi ilə yanaşı böyük quruculuq-bərpa işləri aparılır. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir”.
Artıq Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələri icra olunur: “Cəmi səkkiz ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırdı. Eyni zamanda Özbəkistan prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Qazaxıstan prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir. Bununla yanaşı rayonda artıq Böyük Qayıdış konsepsiyasına uyğun olaraq işlər uğurla icra edilir. Artıq keçmiş qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına geri dönür. Onlar burada əbədi xoşbəxt yaşayacaq. Buna güclü, qalib, Azərbaycan dövləti zəmanət verir”.
Mircamal Həşimov,
Sabirabad rayon H.Z.Tağıyev adına 6saylı şəhər tam orta məktəbin direktoru