• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan Prezidentinin “nəyi, nə vaxt, necə” etməyi hər kəsdən yaxşı bilməsinin əyani sübutu

  • 18.10.2023, 00:34, Baxış sayı:
  • 80
Azərbaycan Prezidentinin “nəyi, nə vaxt, necə” etməyi hər kəsdən yaxşı bilməsinin əyani sübutu
Qarabağın azadlığı uğurunda qət olunan yol səbr və intizama əsaslandı. Dünyada etibarlı tərəfdaş kimi şöhrət qazanmamız II Qarabağ müharibəsində erməni yalanlarının genişlənmək imkanlarını sıfıra endirdi. Bütövlükdə, Qarabağ uğrunda mübarizənin qələbə ilə nəticələnməsi isə Azərbaycanın ədaləti bərpa etməsinə əsaslandı - nə Ermənistan rəhbərliyi, nə də Qarabağdakı hərbi xuntanın başçıları ehtimal belə etmirdilər ki, gün gələcək Azərbaycan təkcə Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada deyil, eləcə də Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə nəzarətini bərpa edəcək, xalqımıza qarşı cinayətlər törətmiş separatçılar isə Azərbaycan məhkəməsi qarşısında cavab verməli olacaqlar. 2023-cü il sentyabrın 20-də 24 saatdan az vaxt çəkən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinin həmin ərazidəki bütün tör-töküntülərini, hərbi infrastrukturunu sıradan çıxartdı və hərbi xuntanı ağ bayraq qaldırmağa məcbur etdi. Bundan sonra separatçılara özünü buraxmaq barədə qərar qəbul etməkdən başqa çıxış yolu qalmadı.
Bu, Azərbaycanın qələbəyə gedən yolda bütün şərtləri, bütün hesabları ən kiçik incəliklərinə qədər hesablamasının nəticələridir. Bu, Azərbaycan Prezidentinin “nəyi, nə vaxt, necə” etməyi hər kəsdən yaxşı bilməsinin əyani sübutu idi. Bu, qələbə, bu uğur, bu sabitlik yalnız Azərbaycan üçün qazanılmadı - Cənubi Qafqazın gələcək təhlükəsiz inkişafının strateji yol xəritəsi məhz 19-20 sentyabr antiterror tədbirlərinə əsaslanır...

Vüsal Talıbov,
Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter