Çoxəsrlik tariximizə növbəti zəfər və qürur səhifəsi yazıldı
- 18.10.2023, 00:31, Baxış sayı:
- 153
Facebook
Вконтакте
Одноклассники
Google+
Oktyabrın 15-də çoxəsrlik tariximizə növbəti zəfər və qürur səhifəsi yazıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın bu arzusunu da reallığa çevirdi. İlk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyev verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələri icra etdiyini böyük fəxr hissi ilə diqqətə çatdırdı. “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir.
Aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın ərazi bütövlüyünün, sentyabrın 19-da isə lokal antiterror tədbirləri nəticəsində qarşı tərəfin ağ bayraq qaldırması, qondarma “Dağlıq Qarabağ Respublikası”nın tarixin zibilliyinə atılması bütün ərazilərimizdə suverenliyimizin tam təmin edilməsi kimi tariximizə yazıldı.
Oktyabrın 15-də isə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda üçrəngli Bayrağımızın dalğalanması hər birimiz üçün böyük xoşbəxtlikdir. Ölkə Prezidentinin Xankəndidən xalqa müraciətində qeyd etdiyi kimi, təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.
Telman Əzimov,
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəis müavini