Azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri uğurla həyata keçirilir.
- 04.10.2023, 17:24, Baxış sayı:
- 170
Facebook
Вконтакте
Одноклассники
Google+
Otuz illik işğal ərzində Ermənistan Azərbaycanın 9 şəhərini və yüzlərlə kəndini qəsdən dağıtmış, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları genosid nümunəsinə çevirmişdir. Sözsüz ki, İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan Ordusu orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.
Artıq Ermənistanın işğalından azad edilmiş ərazilərimizə həyat geri qayıdır. Vətən müharibəsindən sonra Azərbaycan keçmiş məcburi köçkünləri öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün genosidə məruz qalmış 10 min kvadratkilometrdən çox ərazini sıfırdan yenidən qurur, şəhərlər və kəndlər inşa edir.
Azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri uğurla həyata keçirilir. Böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda coşqunluq yaşanır, müxtəlif istiqamətli layihələrin sürətli icra prosesi gedir. Bütün Qarabağ inkişaf edir. Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. Zəngilanda, “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etdiyi 2-ci Milli Şəhərsalma Forumunda şəhər planlaması və inkişafa dair təcrübə mübadiləsi, regionun gələcəyi barədə aparılan fikir mübadiləsi deməyə əsas verir ki, işğaldan azad olunmuş ərazilərdəki doğma kənd və şəhərlərimizdə uzun illər məcburi köçkün həyatı yaşayaraq yurd həsrəti çəkmiş soydaşlarımız üçün ən yaxşı həyat şəraiti yaradılacaq.
Ulu Öndər Heydər Əliyev andına daim sadiq qalaraq Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirib. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır. Erməni vandalizminin izləri otuz il düşmən işğalı altında qalmış şəhər, qəsəbə və kəndlərimizdən birdəfəlik silinir. Azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri uğurla həyata keçirilir. Böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda coşqunluq yaşanır, müxtəlif istiqamətli layihələrin sürətli icra prosesi gedir.
Əliqulu Babaşov,
Sabirabad rayonu, “34 saylı Yol istismarı” MMC-nin direktoru