Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan əsasında missiyanı şərəflə yerinə yetirdi
- 22.09.2023, 14:45, Baxış sayı:
- 181
Facebook
Вконтакте
Одноклассники
Google+
44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz Azəbaycan Ordusu növbəti qələbəyə imza atdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan əsasında fəaliyyəti və bunların fonunda üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı səsləndirdiyi fikirlər hər birimizdə böyük qürur hissi yaratdı. Sentyabrın 19-da lokal antiterror tədbirlərinə başlanılması və qısa zamanda uğurla başa çatması ordumuzun peşəkarlığının növbəti təqdimatı oldu. Tarixi Zəfərimizdən sonra ölkəmizin əsas hədəfləri sırasında dayanan mühüm məsələlərdən biri müdafiə gücümüzün artırılmasıdır.
Bu mühüm məqamı da qeyd edək ki, cari ilin dövlət büdcəsinə edilən əlavələrin bir qismi işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə, digər qismi isə müdafiə qabiliyyətimizin artırılmasına yönəldilib. Azərbaycan dövləti hər zaman ordu quruculuğu prosesini diqqətdə saxlayır. Rəşadətli Ordumuzun postmünaqişə dövründə Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısını qətiyyətlə alması bir daha Ordumuzun artan gücünün nümayişidir. Prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratdı. Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Silahlı Qüvvələrimiz heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəf almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı yüksək səviyyədə yerinə yetirərək yalnız hərbi infrastruktur sıradan çıxarıldı.
Tarixi Zəfərimizdən sonra Azərbaycan dövləti dəfələrlə erməni silahlı birləmələrinin ərazilərimizdən çıxarılmasını tələb etdi. Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın öhdəliklərinə laqeyd yanaşması, onların icrasına maraq göstərməməsi, sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün mütəmadi təxribatlar törətməsi vəziyyətin daha da gərginləşməsinə səbəb oldu. Azərbaycanı antiterror tədbirləri görməyə qarşı tərəfi məcbur etdi.
Vüqar Hüseynov,
Sabirabad rayon Su Kanal sahəsinin müdiri