• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ulu Öndərin sabirabadlılar haqqında söylədiyi sözlər çox qiymətli idi

  • 23.08.2023, 21:45, Baxış sayı:
  • 327
Ulu Öndərin sabirabadlılar haqqında söylədiyi sözlər çox qiymətli idi
Ağahəsən RÜSTƏMLİ,
Cavad bələdiyyəsinin sədri

Tariximizin yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının və bəşəriyyətin tarixinə daxil olub. Ümummilli Liderin 30 ildən artıq Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü tarixi xidmətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən bu böyük şəxsiyyətin keçdiyi şərəfli ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər müasirlərimiz, eləcə də gələcək nəsillər üçün əsl örnəkdir.
Respublikamıza ilk rəhbərliyi dövründə Azərbaycan onun səriştəli idarəçiliyi ilə yüksəliş dövrünü yaşadı. Fabriklər,zavodlar,təhsil ocaqları,elm,incəsənət,mədəniyyət,kinomataqrafiya və digər sahələrdə ölkəmiz sürətlə irəlilədi.İnsan kapitalına yönəlik siyasətin bünövrəsi məhz həmin dövrdən öz həllini tapmağa başladı.Əslində SSRİ-nin bir çox ali məktəblərində təhsil alan gənclər gələcək müstəqillik dövrünün potensial kadrları idi.
Ulu Öndər Heydər Əliyev 1982-ci ildən Sovetlər birliyinin ən aparıcı vəzifəsinə irəli çəkildi. İttifaq respublikaları üçün onun əhəmiyyətli dərəcədə gördüyü işlərdən danışarkən Baykal Amur Magistralının tikintisinin məhz qeyri-slavyan millətindən olan dövlət adamının rəhbərliyi ilə başa çatdırıldığı heç kimə sirr deyil.Nəhəng bir ölkə,qüdrətli dövlət üçün gecə -gündüz çalışarkən qəlbi yenə Azərbaycanla döyündü.Milli dəyərlərə sadiq qaldı,onları siyasi dəyərlərdən üstün tutmadı.Elmin,təhsilin,mədəniyyətin qaygısını çəkənlərin himayədarına çevridi.
Ulu Öndər Qorbaçovun ikiüzlülüyünə qarşı sivil dirəniş göstərdi. 20 yanvar faciəsinin qatillərini elə düşməninin yanından dünyaya bəyan etdi.
Ağır günlərdə Vətəninə qayıtdı.Onu qəlbi geri gətirdi.Vətəninə və xalqına olan sevgi geri gətirdi.
Qərbdən demokratiya təəssübkeşləri,daxildən hakimiyyət davasında olanlar Heydər Əliyevə qarşı hücüm çəkmişdilər.İllərin sınağndan məğrur çıxan dahi siyasətçi təmkinlə xalqını xilas etməyə söz vermişdi.Siyasət meydanına tərəfdaşlarının təkidi ilə yenidən qayıtmışdı.Həm də Yeni Azərbaycan yaratmaq arzusu ilə.
Mən bir bölgə sakini olaraq həmin dövrləri xatırlayanda komendant rejimi,mağazaların boş piştaxtaları,növbələr,talonlar,hətta çörəyin qıtlığı yadıma düşür.Heydər Əliyevi hamı kimi mən də qurtuluşumuz hesab edirdim.
1998-ci ildə Ulu Öndər Heydər Əliyev prezident seçkiləri ərəfəsində doğma rayonumuz Sabirabada gəlmişdi.İnsanların arasından tələsərək dahi dövlət adamını daha yaxından görməyə çalışdım.Bu təmənnasız sevginin təməlində bir insana olan hörmətin ifadəsi ilə yanaşı,dövlətimin gücündən,ölkəmin tərəqqisindən duyduğum ayrıca bir qürur hissi də var idi.Heydər Əliyev isə bütün bunların memarı idi.Elə bir düşüncəm var idi ki,o hər birimizi tanıyır və bilir.Bu hisslər şübhəsiz böyük doğmalıqdan yaranırdı.Rayon ictimaiyyətinin izdihamı,Ulu Öndərin sabirabadlılar haqqında söylədiyi sözlər çox qiymətli idi.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter