• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

"Muğanın səsi" qəzetinin mərhum redaktoru İlham Əsgərovun son mesaj: "Ürəyimdə ciddi problem var"

  • 31.07.2023, 18:10, Baxış sayı:
  • 291
"Muğanın səsi" qəzetinin mərhum redaktoru İlham Əsgərovun son mesaj: "Ürəyimdə ciddi problem var"
"Muğanın səsi" qəzetinin mərhum redaktoru İlham Əsgərov mənim xatirəmdə necə insan kimi qalıb?
İlham Əsgərovu İcra Hakimiyyətində işləyəndən tanıyıram. O vaxt o, "İctimai-siyasi və humanitar məsələlər şöbə"sinin müdiri idi. Rayon qəzetinə də İcra Hakimiyyətində, o nəzarət edirdi. Qəzetin səhifələnməsinə mən baxırdım. Dizaynla bağlı nəsə olanda, yanına çağırıb öz göstərişini verirdi. Yəni işlə bağlı münasibətlərdə, problem yox idi. İcra Hakimiyyəti başçısı Nazim İsmayılovun rayona rəhbərlik etdiyi dövrdə ölkə başçısı rayona gəlmişdi. Mən də bu qeydi, qəzetin səhifəsində vermişdim. Amma məlumat tam gələn ərəfədə verilməli idi. Siyasi təcrübəsizlikdən, bunu bir neçə saat öncə vermişdim. Bu anlaşıqlı qarşılanmışdı. Qeydimdə də, bunu etmişdim. Amma bu qeydi rayon rəhbərliyinə mərhum redaktor o vaxt "İctimai-siyasi və humanitar məsələlər şöbə"sinin müdiri olduğu halda, başqa formada çatdırmışdı. Həmin ilin 22 iyul ərəfəsində, rayon rəhbəri ilə görüş keçirilmişdi. Görüşdə mərhum redaktor çıxış edərək, üzünü mənə tutaraq rayon rəhbərinə dedi ki, mən sizə dediyim oğlan budur. Səhvə yol verən. Mən isə heç vaxt söz altında qalmadığım üçün, yerimdən qalxaraq etiraz etdim ki, səhv etmişdim bu da siyasi təcrübəsizlikdən olub və həmin ərəfədə bunu qeyd etmişdim. Buna baxmayaraq, mənim bu qədər fəaliyyətimi bu formada təqdim etmək, yersizdir. Kiçik mübahisə oldu. Nəticədə N. İsmayılovun birinci müavini mənim haqqımda başçıya məlumat verdikdən sonra, məsələ qapandı. Artıq qəzetə baş redaktor təyin olunandan sonra da, işlə bağlı xırda mübahisələr olurdu. Amma ümumi götürdükdə, onun qəzetə gəlişindən sonra, redaksiyanın binası təmir olundu. Qəzet aylıq qəzetdən həftəlik qəzetə keçid aldı. Qəzetin saytı yarandı. Məhsuldar iş prosesi getməyə başladı. İş prinsipi ilə, çox işlək adam idi. İşdən öz ərizəsi ilə gedəndə, son mesajı bu oldu. Bu dəqiqə məni düşündürən sağlamlıqdır. Başqa heçnə. Ürəyimdə ciddi problem var. Sonuncu cavabım ona Allah şəfa versin oldu. Yaxın müddətdə isə eşitdim ki, rəhmətə gedib. Allah rəhmət eləsin!
Rauf QARAYEV.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter