Sabirabad rayonunda “15 İyun - Milli Qurtuluş günüdür” mövzusunda dəyirmi masa keçirilib
- 14.06.2023, 15:06, Baxış sayı:
- 193
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.
Dəyirmi masa formatında keçirilən tədbirdə idarə aparatının və idarənin tabeliyindəki mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.
Tədbirdə çıxış edən Sabirabad Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs edib, qeyd olunub ki, bu gün əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin onun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edən digər mədəniyyət işçiləri də Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğundan, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması ilə nəticələndiyindən söhbət açıblar.