• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda "Milli Qurtuluş Günü - Azərbaycan Tarixinin Şanlı Qürur Səhifəsidir" mövzusunda dəyirmi masa keçirilib

  • 13.06.2023, 14:04, Baxış sayı:
  • 214
Sabirabadda "Milli Qurtuluş Günü - Azərbaycan Tarixinin Şanlı Qürur Səhifəsidir" mövzusunda dəyirmi masa keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə mədəniyyət müəssisələri əməkdaşlarının iştirakı ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Milli Qurtuluş Günü - Azərbaycan Tarixinin Şanlı Qürur Səhifəsidir" mövzusunda dəyirmi masa keçirilib.
İlk öncə müstəqil Azərbaycanın qurucusu və memarı, Azərbaycan xalqının xilaskarı, Böyük Azərbaycanlı, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, azadlığı və suverenliyi uğrunda canından keçən Vətən övladlarının, qəhrəman şəhidlərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə tədbir iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Qeyd olunub ki, 15 iyun Azərbaycan tarixinə dövlətimizin və xalqımızın xilası günü kimi daxil olmuşdur.
Mövzu ətrafında çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsi o dövrdə ən mühüm hadisələrdən və mərhələlərdən biri idi. Heydər Əliyev ən çətin, müharibə şəraitində olan vaxtda Azərbaycanı elə təməl üzərində qurdu ki, Azərbaycan bu gün də məhz həmin təməl üzərində inkişaf edir və bizim bu günümüz də Heydər Əliyevlə bağlıdır.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter