• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan 15 İyun - Milli Qurtuluş Günü

  • 15.06.2023, 09:00, Baxış sayı:
  • 127
Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan 15 İyun - Milli Qurtuluş Günü
15 iyun müstəqil Azərbaycanın tarixində unudulmaz, çox böyük əhəmiyyətə malik bir gündür. Bu gün tarixə Milli Qurtuluş Günü olaraq düşüb və 1997-ci ildən Milli Məclis tərəfindən bayram günü elan edilib.
Müstəqilliyinin ilk illərində xalqımız səriştəsiz və naşı rəhbərlər üzündən çox ciddi problemlərlə üz-üzə qalmışdı. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. AXC-Müsavat cütlüyü həm hakimiyyətə gəlmək üçün, həm də hakimiyyətə gəldikdən sonra ölkədə vəziyyəti daha da ağırlaşdırmışdı. Düzgün olamayan xarici siyasət isə Azərbaycanın təklənməsi ilə nəticələnmiş, Ermənistanın hərbi hücumları daha geniş vüsət almışdı. Ölkə daxilində ayrı-ayrı silahlı dəstələr öz bildiklərini edir, talançılıq baş alıb gedirdi. Ölkənin və xalqın parçalanması qaçılmaz olmuşdu. Bəzi separatçılar ölkədə ayrı-ayrı “respublikalar” yaratdıqlarını elan edirdilər. AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi və xəyanəti ölkəni olmazın problemlərlə üz-üzə qoymuş, xalq çörək və ərzaq qıtlığından əziyyət çəkrdi. Ölkə vətəndaş müharibəsinin astanasında idi. Bir sözlə, xalq və ölkə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə idi.
Belə bir çətin vaxtda xalqımız öz nicat yolunu Naxçıvanda yaşayan dahi şəxsiyyət Heydər Əliyevə müraciət etməkdə gördü. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri seçildi. Məhz bu tarix Azərbaycan xalqının həyatında bir dönüş nöqtəsi oldu. Ulu Öndər öz iradəsi və düşünülmüş siyasəti ilə qısa zaman ərzində ölkəni öz axarına qaytardı. Ölkədə daxili sabitlik təmin edildi, Ermənistanla atəşkəs müqaviləsi imzalandı, ölkə iqtisadiyyatında yaşanan tənəzzül aradan qaldırıldı və Azərbaycan özünün davamlı inkişaf yoluna qədəm qoydu. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb.
Əgər Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Bakıya qayıtmasaydı, ölkəni Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələr gözləyirdi. Məhz Ulu Öndərin cəsarətli addımları, xalqa, ölkəyə olan sonsuz məhəbbəti müstəqil Azərbaycanın qurtuluşunun əsası oldu. Xalq qarşısında misilsiz xidmətləri əminliklə deməyə əsas verir ki, müstəqil Azərbaycanın memarı məhz Ümummlili Lider Heydər Əliyevdir. Dahi şəxsiyyətin ən böyük arzusu isə müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idi. Ulu Öndər bunun üçün yorulmadan çalışır, siyasətinin qayəsini ərazi bütövlüyümüzü təmin etmək təşkil edirdi.
Müstəqil Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib. Cənab Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu hər bir sahədə uğurla həyata keçirməsi ölkəmizin davamlı inkişafına, iqtisadi cəhətdən güclü dövlətə çevrilməsinə xidmət edib. Həyata keçirilən düşünülmüş siyasət və düzgün strategiya nəticəsində torpaqlarımız düşmən tapdağından azad edilərək ərazi bütövlüyümüz təmin edilib. Bir zamanlar məcburi köçkünlərlə görüş zamanı Ulu Öndərin səsləndirdiyi və getmək arzusunda olduğu Şuşa, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Ağdam bu gün öz azadlığına qovuşub və bu əzəli torpaqlarımızda sürətli bərpa-quruculuq işləri həyata keçirilir.
Əminliklə deyə bilərik ki, Azərbaycanın ən yeni tarixini yazan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti daha da sürətlə inkişaf edəcək, hər bir vətəndaşın rahat, təhlükəsiz, firavan və xoşbəxt həyatını təmin edəcəkdir.
Bu kursu layiqincə davam etdirən və Ulu Öndərin yarımçıq qalmış ideyalarını reallığa çevirən Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə titanik fəaliyyəti Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Möhtərəm Prezidentimizlə çiyin-çiyinə çalışan Mehriban xanım Əliyevanın yorulmaq bilmədən fəaliyyətini qeyd etməmək olmaz. Möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu siyasət Mehriban xanımın fəaliyyəti ilə üzvü sintez təşkil edir. Mehriban xanımın müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyəti, qayğıya ehtiyacı olan insanlara, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, səhiyyəyə və mədəniyyətə diqqəti həmçinin milli-mənəvi dəyərlərimizin qorunması sahəsində gördüyü işlər, həyata keçirdiyi geniş ictimai və xeyriyyəçilik fəaliyyəti, səmimiliyi, sadəliyi, əhalinin qayğılarına həssas münasibəti ona insanların, o cümlədən Sabirabadlıların dərin inamını, hörmət və məhəbbətini qazandırıb.
Xalqımız xöşbəxtdir ki, Ulu Öndərimizin qurub yaratdığı dövlətə bu gün onun layiqli davamçısı rəhbərlik edir, Ümummilli Liderimizin başladığı taleyüklü işləri ardıcıl sürətdə və qətiyyətlə həyata keçirir. Ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir, ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni həyatında əsaslı islahatlar aparılır.
Prezidentimiz cənab İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri regionların yüksəlişidir. Sabirabad rayonunun yüksəlişi göstərir ki, Azərbaycanın rayonları da davamlı inkişaf edir. Bu mənada Milli Qurtuluş missiyasının əyani nəticəsi Sabirabadın dünəni ilə bugününün müqayisəsində real təsdiqini tapır. Rayonda yeni yollar çəkilib, inzibati binalar, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri inşa edilib, bir sözlə, infrastruktur yenidən qurulub.
Əminliklə qeyd etmək istəyirəm ki, Sabirabadlılar bundan sonra da ölkə Prezidentinin həyata keçirdiyi müdrik və uzaqgörən dövlət siyasətini tam dəstəkləyərək, üzərlərinə düşən bütün vəzifələri yüksək məsuliyyət hissi ilə vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olaraq, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunmasına öz töhfələrini verəcəklər.
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. 15 iyun tarixi təkcə dövlətçiliyimizin xilası deyil, həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Siraqəddin CABBAROV,
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter