Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Bir Millət, İki Dövlət-fəlsəfəsinin rolu" mövzusunda tədbir keçirilib.
İlk öncə Mərkəzin Muzey hissəsinə ekskursiya edilib.
Mərkəz tərəfindən Ulu Öndər Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Sabirabad rayonuna müxtəlif dövrlərdə etdiyi tarixi səfərlər haqqında geniş məlumat verilib.
Qeyd olunub ki, Heydər Əliyev Türkiyə-Azərbaycan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsində xüsusi rol oynayıb. Bu gün belə bir münasibətin dünyada alternativi yoxdur.
Tədbirin sonunda "Bir Millət, İki Dövlət" adlı sənədli film izlənilib.