• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Yevlaxda keçmiş məhkumdan qohumuna qarşı dəhşətli əməl – Təfərrüat

  • 22.11.2020, 14:19, Baxış sayı:
Yevlaxda keçmiş məhkumdan qohumuna qarşı dəhşətli əməl – Təfərrüat
Yevlax rayonunda qohumunu qətlə yetirməkdə ittiham olunan Murad Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Rəşid Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası dekabrın 2-nə təyin olunub.
İttihama görə, qətl hadisəsi Yevlax rayonunun Malbinəsi kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Nicat Hüseynov qohumu Murad Hüseynov tərəfindən bıçaqlanıb. O, Yevlax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, mərhumun qohumu və həmkəndlisi Murad Hüseynov saxlanılıb.
İstintaq araşdırması zamanı Murad Hüseynovun əvvəllər məhkum olunduğu üzə çıxıb.
İstintaq orqanı tərəfindən Murad Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib./Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter