• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Dairə Seçki Komissiyasının katibinin ölümü ilə bağlı iş – Məhkəmədə

  • 12.03.2021, 08:22, Baxış sayı:
  • 443
Dairə Seçki Komissiyasının katibinin ölümü ilə bağlı iş – Məhkəmədə
Sabirabadda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Vüsalə Məmmədlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Əli Əliyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, ötən il iyulun 6-da Sabirabad rayonunun Qalağayın kəndi ərazisində “Prado” markalı minik avtomobili “Shacman” yük avtomobili ilə toqquşub.
Qəza zamanı avtomobildə olan sərnişinlər Sabirabad sakinləri, 2010-cu il təvəllüdlü Zəhra Məmmədli, onun bacısı, 2002-ci il təvəllüdlü Vüsalə Məmmədli müxtəlif xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib, onlara tibbi yardım göstərilib.

Onların anası Sabirabad sakini, 1981-ci il təvəllüdlü Nigar Məmmədova və sürücü - Sabirabad sakini, 1979-cu il təvəllüdlü Azər Hüseynov hadisə yerində ölüblər.
Azər Hüseynov 63 saylı Sabirabad I Seçki Dairəsi Dairə Seçki Komissiyasının katibi vəzifəsini tuturmuş.
“Prado” Azər Hüseynova məxsus olub və hadisə zamanı Vüsalə Məmmədli idarə edib.
İstintaq araşdırması zamanı Vüsalə Məmmədlinin qəzanın törədilməsində günahkar bilinib və onun barəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter