• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda koronavirus xəstələrinin qohumlarından rüşvət alan həkimin məhkəməsi başlayır

  • 09.08.2021, 11:35, Baxış sayı:
  • 505
Sabirabadda koronavirus xəstələrinin qohumlarından rüşvət alan həkimin məhkəməsi başlayır
Sabirabad rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Fazil Məhərrəm oğlu Əliyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Muganinsesi.az xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Xamməd Nuriyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 17-ə təyin olunub.

İttihama görə, Sabirabad rayonu, Suqovuşan kənd sakininin koronavirus infeksiyasına (COVID-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunun Rayon Mərkəzi Xəstəxanasının Fazil adlı həkimi tərəfindən xəstəxanaya yerləşdirilməsi müqabilində 1000 ABŞ dolları məbləğində pul alması barədə Sabirabad rayon Prokurorluğuna müraciəti daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Sabirabad rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Fazil Məhərrəm oğlu Əliyev koronavirus infeksiyasına (COVID-19) yoluxan şəxsin qohumundan qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunması üçün 1000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində alıb, sonradan isə həmin xəstə müalicə olunduğu xəstəxanada vəfat edib.

İstintaq orqanı tərəfindən Fazil Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilib. Fazil Əliyev 23 aprel 2021-ci ildə şübhəli şəxs qismində tutulub.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter