• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın faciəsinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi qiymət verilib

  • 04.05.2023, 09:44, Baxış sayı:
  • 130
Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın faciəsinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi qiymət verilib
Şəmsi HÜSEYNOV,
Qaragüney bələdiyyəsinin sədri

Ulu Öndər 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalayıb. Bu fərmanla Ermənistan SSR ərazisində azərbaycanlılara qarşı tətbiq edilən etnik təmizləmə və soyqırımı siyasətinin mürtəce mahiyyəti dünyaya çatdırılıb. Fərmanda bildirilirdi ki, mərhələ-mərhələ gerçəkləşdirilən qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.
Ulu Öndər Heydər Əliyev 1994-cü ildə Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı indiki Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu bəyan edib.
Həmin faciə bizim ailənin də başına gətirilmişdir. Ailəmiz 1948-ci ilədək Qərbi Azərbaycanda yaşamışdır. Atam Xəlil Abbas oğlu Qəmərli rayonundan, anam Şura Orucəli qızı isə Vedi rayonundan Sabirabada deportasiya olunmuşlar. Atam uzun illər rəhbər vəzifələrdə çalışmış, Ulu Öndər Heydər Əliyevlə isti münasibətləri olmuşdur. Ailəlikcə Ümummili Liderə böyük məhəbbətimiz vardır. Ulu Öndər Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda mən Rusiyada hərbi xidmətdə idim. Zabitlər bizə hörmətlə yanaşırdılar. Biz bundan qürur hissi duyurduq, Ümummilli Liderimizlə fəxr edirdik. Ulu Öndəri görmək arzusu ilə hər gün “Vremya” xəbərlər proqramını səbrsizliklə gözləyirdik.
Böyük qardaşım Vaqif Hüseynov Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, Nərimanov rayon YAP idarə heyətinin üzvü olub. Vaqifin dediklərindən: “Ümumilli Lider Heydər Əliyevin qardaşı Həsən Əliyevin təxminən fevral ayının 2-də yas mərasiminə yığışmışdıq. Həmin ərəfədə Ulu Öndər Heydər Əliyev vaxt tapıb Nərimanov metrosunun üstündəki zalda fəallarla görüş keçirdi. Tapşırıqlar verdi, fəaliyyətimizdə uğurlar arzuladı.
Həmin dövrdə “Çinar” İB-nin Bakı soyuducular zavodunun kollektivinə rəhbərlik edirdim. Vətəndaş qarşıdurmasında nicat yolunu Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etməsində gördüyüm üçün Milli Məclisə teleqram vurdum.
Xalqın israrlı təkidi və tələbi ilə uzaq­görən siyasətçi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi 1993-cü ilin iyun ayında oldu. Naxçıvan MR-dan Bakıya gələn dahi şəxsiyyətin hava limanında qarşılanmasında kollektivimlə birlikdə iştirak etdim.
Ailəmizin sevimlisi Heydər Əliyevə rəğbətimiz tükənməzdir. Dünya liderləri sırasında adı çəkilən İlham Əliyev nə yaxşı ki, hazırda Ümumilli Lider Heydər Əliyevin haqq yolunun davamçısıdır”.
Deportasiyanın hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə görkəmli alimlərdən, rəsmi vəzifəli şəxslərdən və ictimai xadimlərdən ibarət komissiya yaradılıb.
1947-ci ildə azərbaycanlıların deportasiya ilə bağlı verilmiş qərar nəticəsində soydaşlarımızın Ermənistan SSR-dən, öz tarixi torpaqlarından köçürülməsi, mülklərinin zorla əllərindən alınması və proseslərdə 150 min insanın məhv edilməsi, minlərlə insanın sağlamlığını itirməsi SSRİ rəhbərlərinin və Ermənistan hökumətinin qeyri-insani fəaliyyətinin, qatı millətçilik, şovinist münasibətin nəticəsi, insan hüquqlarının kobudcasına pozulması, antidemokratik hərəkətdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bildirmişdir ki, mənim tövsiyələrim, yəni, dekabrın 24-də verdiyim tövsiyələr yerinə yetirilir. Xüsusi işçi qrupu yaradılıb, verdiyim bütün tapşırıqlar və eyni zamanda, yerlərdən gələn təkliflər əsasında biz vahid konsepsiya üzərində işə başlamışıq. Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin dekabrın 24-də öz ad günündə Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündəki nitqinə dair rəylər, açıqlamalar, müsahibələr Azərbaycan gündəmində əsas mövzudur.
Vaxtilə Qarabağ İcmasının və Şuşa Şəhər İcra Hakimiyyətinin yerləşdiyi binanın Qərbi Azərbaycan İcmasının ixtiyarına verilməsi mühüm hadisədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, vaxt gələcək, 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının qərargahında verilmiş ismarışların da həyata keçməsinin sevincini, fərəhini bölüşəcəyik. Ermənistan siyasi rəhbərliyi, dünya erməniliyi və erməni havadarları anlamalıdırlar ki, haqsızlıq, ədalətsizlik, ikili standartlar, ən adi insan hüquqlarına arxa çevirməklə həmişə illüziya yaratmaq mümkün olmayacaq. Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıtmalarına dinc yolla imkan verilməlidir. Ən azı 1988-ci ildə doğma torpaqlarından didərgin salınmış 300 minə yaxın azərbaycanlı ilkin mərhələdə öz yurdlarına qayıtmalıdır. Ümumiyyətlə, Ermənistan ərazisinin başdan-başa əzəli Azərbaycan torpaqları olduğu bir həqiqət, tarixi gerçəklikdir.
Bizim tarixi torpaqlarımızda dövlət quran Ermənistan anlamalıdır ki, onun qarşısında qalib Azərbaycan vardır. Tarixi silmək mümkün deyil, mövcud xəritələr hər şeyi deyir.
Qərbi Azərbaycana qayıdışın yol xəritəsinin artıq hazırdır. Yol xəritəsini Prezident, Müzəffər Ali Baş Komandan zərgər dəqiqliyi ilə cızdı. İş məqsədyönlü şəkildə, nəticəyə hesablanmış tərzdə aparılacaq. İlk növbədə, Qərbi Azərbaycanla bağlı həqiqətlər dünya ictimaiyyətinə sistemli şəkildə çatdırılacaq. Bu işlər elmi, siyasi-diplomatik müstəvidə davam və inkişaf etdiriləcək. Hüquqi müstəvidə bütün lazımi tədbirlər görüləcək.
XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn on minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb.
Qərbi azərbaycanlıların haqq-hüquqları bərpa edilməlidir, onlar dədə-baba yurdlarına, öz ev-eşiklərinə qayıtmalıdırlar. Qərbi Azərbaycan İcmasının qarşısında mühüm vəzifələr durur. Həqiqətlər dünyaya çatdırılmalı, ermənilər tərəfindən dağıdılan tarixi abidələrimiz, məscidlərimiz, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı faktlar öz əksini tapmalıdır.
Bəli, milli dəyərlərə hər zaman sadiq qalan dövlətimizin başçısı ötən ilki ad gününü də xalqı ilə birlikdə keçirdi. Əvvəlki illərdə məcburi köçkünlərlə ad gününü qeyd edən Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşü onun adət-ənənələrimizə və xalqımızın dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirdi.
Azərbaycan haqq savaşında- 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qələbə qazandı, 30 illik işğala son qoyuldu. Artıq regionda yeni reallıqlar yaranıb. Ermənistan, xüsusən də fövqəldövlətlər bu reallıqlarla barışmaq məcburiyyətindədirlər.
Möhtəşəm qələbədən bir neça ay sonra-2021-ci il 7 iyul tarixində Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzaladı.
Bu fərmanla Azərbaycanda iqtisadi rayonların sayı artırılaraq 14-ə çatdı. Yeni yaradılan iqtisadi rayonların sırasında Kəlbəcər, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilan rayonlarını əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonu da var. Bu fərman nəticəsində Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Zəngəzur adının siyasi və coğrafi anlamda bərpası deməkdir. Onu da qeyd etməliyik ki, fərmanın imzalandığı tarix keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yarandığı günə təsadüf edir. Bu da uzaqgörən siyasətçi, Prezident İlham Əliyev tərəfindən Ermənistan və onun havadarlarına bir mesaj olaraq dəyərləndirilir. Qarabağ və Şərqi Zəngəzur düşmən tapdağından azad edildikdən sonra bu ərazilərdə geniş bərpa-quruculuq işlərinə start verildi. Vətən müharibəsi bitdikdən bir neçə gün sonra Prezident, Ali Baş Komandan İlham Əliyev ilk dəfə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun Xudafərin kəndinə və Cəbrayıl şəhərinə səfər etdi, Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan ərazilərə səfər etdikdə burada gedən bərpa- quruculuq işləri ilə tanış olur, yeni layihələrin təməlini qoyur. Xüsusi nümayəndəlik institutu Qarabağ və Şərqi Zəngəzurda gedən mühüm işlərə təkan verir. Xüsusi nümayəndəlik yeni idarəetmə modeli kimi ilk dəfə mədəniyyətimizin paytaxtı Şuşa şəhərində tətbiq edildi. Şərqi Zəngəzurda isə ilk dəfə 2022-ci ilin 4 may tarixində Zəngilan rayonunda tətbiq edilib. Nümayəndəlik institutu Zəngilan rayonunda özünü doğrultduğu üçün Şərqi Zəngəzur iqtisadi rayonunun digər rayonlarına-Cəbrayıl və Qubadlı rayonlarına da tətbiq edildi. Xüsusi nümayəndəliyin fəaliyyət istiqamətləri, vəzifə və hüquqları Prezident İlham Əliyevin 2021-ci il 4 fevral tarixli fərmanı ilə müəyyən edilib. Hazırda Xüsusi nümayəndəlik institutunun Azərbaycanın digər rayon və şəhərlərinə də tətbiq edilməsi gözlənilir.
Azərbaycan regionda yeni reallıqlar yaradıb və bu reallıqlardan biri də Zəngəzur dəhlizi reallığıdır. Dəhliz Vətən müharibəsi bitdikdən sonra Azərbaycan tərəfindən haqlı olaraq gündəmə gətirildi. Bildiyimiz kimi, müharibəyə son qoyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verdiyi yazılır. Azərbaycan Avropa və Asiyanın qovşağında yerləşdiyi üçün bu iki qitəni birləşdirən beynəlxalq dəhlizlərin bir çoxu ərazisindən keçir. Hər iki qitənin aparıcı dövlətlərinin etibarını qazanan, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi bir neçə qlobal layihənin müəllifi olan Azərbaycan bu dəfə də dünyanın yeni nəqliyyat xəritəsini formalaşdıracaq bir layihə ilə çıxış edir.
Azərbaycan tərəfindən Laçin dəhlizi boyunca birtərəfli keçid məntəqəsi quraşdırılması Aİ-nin
Ermənistanla Azərbaycan sərhəd xəttində, Laçın rayonuna giriş hissəsdə nəzarət-buraxılış postunun yaradılması da vacib məsələdir:
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter