Tarixi Qərbi Azərbaycan torpaqlarımıza qayıtmalıyıq
- 27.12.2022, 23:39, Baxış sayı:
- 289
Facebook
Вконтакте
Одноклассники
Google+
Hər il Azərbaycan Prezidenti İlham Əliyevin öz ad günün xalqımız üçün çox mühüm olan problemlərin həlli ilə bağlı görüşlərdə keçirməsi artıq bir ənənə halını alıb. Son bir neçə ilə cənab Prezident bu günü müxtəlif rayonlarda məcburu köçkünlərlə görüşlərdə qeyd edib. Artıq tarizi Zəfər Qələbəmiz əldə edilib və bu gün işğaldan azad edilən torpaqlarda geniş bərpa-qoroculuq işləri aparılır, məcburi köçkünlərin ilk qrupu öz dədə-baba torpaqlarına qayıdıb. Ölkə başçısının sözlərinə görə, illərlə həsrətlə gözlədiyimiz böyük qayıdış tarixi hadisəsi rellığa çevirildi: “Hazırda isə tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir”.
Dekabr ayının 24-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycan icmasının bir qrup üzvü ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər də strateji məqsədlərimizə çatmaq üçün proqram xarakteril olmaqla əslində Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsi idi. Prezident İlham Əliyev ilk növbədə haqlı tarixi torpaqlarımıza qayıtmağımızı hər şeydən ğncə tarixi yaddaşımızla əlaqələndirdi. Doğurdan da milli yaddaşın əsas komponenti olan tarixi yaddaşımız, onun düzgün əsaslarda yeni nəsilə ötürülməsi birinci Qarabağ savaşından sonra dünyaya gələn qəhrəmanlarımızın torpaqlarımızı işğaldan azad etməsinə gətirib çıxardı.
Cənab Prezidentin qeyd etdiyi kimi bu gün Zəngialan, Ağalıya o tormaqlarımızı görməmiş yeni nəsilin qayıdışını da təmin edən məhz tarixi yaddaşdır. Ona görə də əgər illər öncə məcburi köçkünlərimizin öz torpaqlarına qayaıtmaları ilə bağlı ümummilli arzularımız necə bu gün reallığa çevrildisə çox çəkmədən İrəvana, Göyçəyə, Zəngəzura qayıtmaqla bağlı arzularımız da gerçəkliyə çeviriləcək. Çünki bunu təmin edəcək qüdrətli liderimiz, müzəffər sərkərdəmiz və güclü ordumuz vardır.
Azərbaycan Prezidenti məhz tarixi xronoloji ardıcıllıq baxımından da ata-baba torpaqlarımıza qayıtmağımızı bu mənada rəmzi olaraq açılışını etdiyi bina ilə əlaqələndirərək bildirdi ki, vaxtilə bu binada yerləşən Şuşa icra hakimiyyəti necə bu gün əziz Şuşaya qayıtdısa bir gün gələcək bu gün burada fəaliyyətə başlayan Qərbi Azərbaycan icması nümayəndələri də öz evlərinə qayıdacaqlar. Şübhəsiz ki, bunun üçün hər şeydən öncə biz bütün dünyaya tarixi vətənimizlə bağlı həqiqətləri çatdırmağı bacarmalıyıq. Orada əcdadlarımızın yaratdığı maddi mədəni irisi ermənilərin barbarcasına necə dağıtdıqlarını, Qərbi Azərbaycan torpaqlarını Azərbaycan Demokratik Cümhuriyyəti tərfindən ermənilərə necə verildiyini, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda necə yaşamaq hüququmuzun olduğunu bütün dünyaya çatdırmalı və o torpaqlara qayımağımız üçün hüquqi-informativ mühit formalaşdırmalıyıq.
Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının qarşısında məhz bu məsələləri vəzifə kimi qoyaraq onun milli maraqlarımız baxımından nə qədər strateji olduğunu əsalandırdı. Eyni zamanda bu milli məqsədlərimizə yumşaq güc və sülh yolu vasitəsilə çata bilməyimizin də vacib olduğunu bildirdi. Azərbayacan prezidentinin söylədiyi bu fikirlər xalqımızın yeni əsrdə yeni vəzifələrinin siyasi konseptual əsaslarıdır və Vətən müharibəsində monolit birliyimiz ilə milli hədəflərimizə çatdığımız kimi bundan sonra da bu birliyi davam etdirərək tarixi Qərbi Azərbaycan torpaqlarımıza qayıtmalıyıq.
Mircamal Həşimov,
H.Z.Tağıyev adına 6 saylı Sabirabad şəhər tam orta məktəbinin direktoru