• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda Mirzə Ələkbər Sabirin anadan olmasının 161 illiyi və “Hophopnanə” kitabının təqdimatı ilə bağlı tədbir keçirilmişdir

  • 13.04.2023, 14:47, Baxış sayı:
  • 96
Sabirabadda  Mirzə Ələkbər Sabirin anadan  olmasının 161 illiyi və “Hophopnanə” kitabının təqdimatı ilə bağlı  tədbir keçirilmişdir
Sabirabad rayon İcra Hakimiyyətinin və “Letterpress” nəşriyyat evinin təşkilatçılığı ilə M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəbində dahi şair M.Ə.Sabirin anadan olmasının 161 illiyi və “Hophopnanə” kitabının təqdimatına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin və Mirzə Ələkbər Sabirin Sabirabad şəhərinin mərkəzindəki abidələri ziyarət olunmuş və önünə gül dəstələri düzülmüşdür.
Dövlətçiliyimiz, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon ziyalılarının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq Azərbaycan ədəbiyyatı tarixinə həqiqi xalq şairi kimi daxil olmuş, nəinki Azərbaycan, eyni zamanda Şərq dünyasında ədəbi inkişafa təsir göstərmiş, realizmin, demokratik ideyaların qələbəsində önəmli rol oynamış dahi şair Sabirin yaşadığı dövrdən, onu yetişdirən mühitdən və s. bəhs etmişdir.
Azərbaycan Respublikasının Xalq rəssami Arif Hüseynov, professor Hacı Firudin Qurbansoy, Azərbaycan Respublikasının Xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Respublikasının Xalq artisti Əlibala Nurəliyev ( Əli Nur), Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu yanında Tədris Resursları Mərkəzinin şöbə müdiri Əsgər Quliyev, professor, Əməkdar jurnalist Etibar Babayev, “Letterpress” nəşriyyat evinin direktoru Cabir Əsədov, M.Ə.Sabirin nəticəsi, 1 saylı şəhər tam orta məktəbinin müəllimi Afət Tahirzadə, H.Z.Tağıyev adına 6 saylı şəhər tam orta məktəbinin müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəqibə Paşayeva (Qəvvas), “Suqovuşan” ədəbi məclisinin rəhbəri Elçin Nəsib tədbirdə çıxış etmişlər.
Tədbirdə M.Ə. Sabirin həyat və yaradıcılığına dair müxtəlif mövzuda məruzələr oxunmuş, şairin zəngin yaradıcılığı fərqli aspektlərdən təhlil olunmuşdur.
Sonda “Letterpress” nəşriyyat evi tərəfindən yeni dizaynla hazırlanmış “Hophopnamə” kitabı iştirakçılara təqdim edilmiş və xatirə şəkilləri çəkdirilmişdir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter