• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Əmək yarmarkası keçirilib

  • 13.04.2023, 14:41, Baxış sayı:
  • 97
Əmək yarmarkası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirabad Bayraq Muzeyində əmək yarmarkası keçirilib.
Yarmarkada Milli Məclisin deputatı Ramin Məmmədov, Sabirabad Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Məşğulluq filialının məsul işçiləri iştirak etmişlər. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Məşğulluq Agentliyinin fəaliyyətinin genişləndirilməsi, vətəndaşların məşğulluğunun təmin olunması məqsədilə dövlət proqramlarının həyata keçirilməsindən danışıblar. Belə əmək yarmarkalarının təşkil olunması nəticəsində işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edildiyi vurğulanıb. Həmçinin Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumat verilib. Əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilindən, sosial qayğıya ehtiyacı olan ailələr üçün yaradılan özünüməşğulluq imkanlarından bəhs edilib.
Əmək yarmarkasında 13 müəssisə üzrə 195 vakansiya təqdim olunub. Həmçinin 14 şəxsin peşə hazırlığına cəlb olunması üçün şərait yaradılıb, əlavə olaraq işə götürənlər üçün xüsusi müsahibə otağı təşkil edilib. İşğaldan azad olunan ərazilərdəki vakansiyalar haqqında da müraciət edənlərə detallı məlumatlar verilməsi üçün xüsusi pəncərə yaradılıb. Bundan başqa, vətəndaşlar aktiv məşğulluq tədbirlərindən olan özünüməşğulluq haqqında ətraflı məlumatlandırılıb.
Tədbir iştirakçıları əmək yarmarkasında təklif olunan iş yerləri ilə tanış olublar. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter