Sabirabadda şəhid ailəsi üçün kiçik istehsal müəssisəsi təşkil edilib
- 01.06.2021, 15:55, Baxış sayı:
- 381
Facebook
Вконтакте
Одноклассники
Google+

Vətən müharibəsi şəhidlərindən olan Qüdrət Adişovun ailə üzvləri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik istehsal müəssisəsi yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, lazımi avadanlıqlar verilməklə Sabirabad rayonunda şəhid Qüdrət Adişovun anası Yaqut Adişova üçün toxuculuq məhsullarının istehsalı müəssisəsi qurulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli və əməkdaşlar ailə ilə görüşüblər. Həmçinin ailə üçün yaradılmış kiçik müəssisəyə baxış keçirilib.
Şəhid ailələrinin sosial vəziyyətlərinin daim diqqətdə olduğu və onların sosial dəstəklə təminatı işlərinin bundan sonra da davam etdiriləcəyi bildirilib.
“Muğanın səsi”