Bölgələr üzrə sosial müavinat və pensiya nə vaxt ödəniləcək?
- 09.03.2023, 12:09, Baxış sayı:
- 193
Facebook
Вконтакте
Одноклассники
Google+
Salam. Sabirabadda yaşayıram, qohumlarımızda pensiya və sosial müavinat alanlar var. Mart ayında onlar nə vaxt öz pensiya və sosial müavinatlarını ala biləcəklər?
Cavab: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeydlərinə əsasən əvvəlcə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan pensiyaçıların pensiyaları ödənilir. Daha sonra respublikanın digər rayon və şəhərlərində qeydiyyatda olan pensiyaçıların, eləcə də güzəştli şərtlərlə pensiya alan şəxslərin pensiyaları müvafiq hesablara köçürülür. Dövlət Sosial Müdafiə Fondunun qeydinə əsasən mart ayında bölgələr üzrə əmək pensiyalarının ödənilməsi 15 mart , sosial müavinətlərin ödənilməsi isə 17 mart tarixində nəzərdə tutulub. .
Cavablandırdı: Rauf QARAYEV, iqtisadçı.