Mart ayına dair bütün sosial ödənişlər köçürüldü - RƏSMİ
- 19.03.2021, 21:39, Baxış sayı:
- 509
Facebook
Вконтакте
Одноклассники
Google+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Novruz bayramı ilə əlaqədar mart ayı üzrə bütün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişini təmin edib.
Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
"Hələ mart ayının 5-16-sı aralığında ölkə üzrə bütün pensiyalar, son günlərdə isə digər sosial ödənişlər vətəndaşların hesablarına köçürülüb.
Beləliklə, mart ayının pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımlarının ödənişinin qrafikdən əvvəl olmaqla bayrama qədərki günlərdə həyata keçirilməsi təmin olunub"-deyə, məlumatda qeyd olunub.
/Muganinsesi.az/