• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Pensiyalar nə qədər artacaq?

  • 13.01.2023, 15:45, Baxış sayı:
  • 530
Pensiyalar nə qədər artacaq?

Dövlət Sosial Müdafiə Fondunun qeydlərinə əsasən minimum əmək pensiyası 280 manat, yaşa görə müavinat alanların müavinatı 180 manatdan 220 manata yüksələcək. İndeksləşmə hansı formada aparılacaq?

Əmək pensiyası haqqında qanunun 6.2 və 6.3 maddələrinə əsasən əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, həmin əlavələrin indeksləşdirilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə 2022-ci ildə müəyyən etdiyi və 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi nəticəsində yaranan xərclər dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir.
Əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir.
Əmək pensiya haqqında qanunun 29 maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

DSMF-nin suallara cavabları

III qrup müavinat alan şəxsin müavinatı nə qədər artıb?

Orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (III dərəcə) sosial müavinətin məbləği 120 manatdan 150 manata çatdırılıb.

8 yaşına catmamış əlilliyi olan uşaqların pensiyası artıbmı?

Sağlamlıq imkanları məhdud uşaqlara verilən müavinət artıq orqanizmin funksiyalarının pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər kimi nəzərə alınır.
Sağlamlıq imkanları məhdud 18 yaşadək müavinət alan şəxslərin əlilliyi yenidən qiymətləndirildikdən sonra orqanizmin funksiyalarının pozulmasına uyğun olaraq əlilliyi müəyyən edilərsə artımlar şamil olunacaq.
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxslərin Prezident təqaüdü artırılaraq 130 manatdan 200 manata çatdırılıb.

Əfqanistan veternaları üçün artım nəzərdə tutulub?

Müharibə veteranlarının Prezident təqaüdündə artım qeydə alınmayıb. Bu barədə hər hansı qərara olarsa ictimaiyyətə məlumat veriləcək.

Dəfn üçün müavinat qalxıb?

Dəfn üçün müavinətin məbləği 350 manatdan 500 manata çatdırılıb.
Əmək pensiyaçısının vəfatı ilə bağlı dəfn müavinəti isə əmək pensiyasının minimum məbləğinin üç misli olmaqla 840 manat ( 1 yanvar 2023-cü il tarixdən əmək pensiyasının minimum məbləği 280 manat təşkil edəcəyi üçün həmin məbləğin 3 misli) məbləğində dəfn üçün müavinət veriləcək.

Şəhid ailəsi üçün prezident təqaüdü artırılıbmı?

2023-cü il yanvarın 1-dən şəhid ailəsi üçün Prezident təqaüdünün məbləği 500 manatdan 600 manata çatdırılıb.
Müharibə veteranlarının Prezident təqaüdündə artım qeydə alınmayıb. Bu barədə hər hansı qərara olarsa ictimaiyyətə məlumat veriləcək.
2023-cü ilin yanvar ayının 1-i tarixindən doğulan uşaqlar üçün verilən müavinat (el arasında süd pulu) nə qədər olacaq?
2023-ci il 1 yanvar tarixdən sonra doğulan uşaqlara 500 manat məbləğində müavinat müəyyən edilib.

Çernobıl əlillərinə nə qədər vəsait nəzərdə tutulub?

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün sosial müavinətin məbləği 237 manatdan 300 manata çatdırılıb.

Hazırladı: Rauf QARAYEV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter