Vergi ödənişlərinin daha şəffaf olması üçün 2020-ci ilin may ayından “ƏDV gerial” innovativ layihəsi istifadəyə verilib.
Son illər ticarət və ictimai iaşə obyektlərində bu dolayı verginin bir hissəsinin ödənilməsi layihəsi üzrə nəzərəçarpacaq irəliləyiş əldə edilmiş, ümumilikdə 361,5 milyon manatdan çox vəsait alıcılara qaytarılmışdır. Ötən il bu verginin 190 milyon manatdan çoxu əhaliyə qaytarılıb ki, bu da ötən illə müqayisədə 36,9 faiz çoxdur.
Layihə həm də nağdsız ödənişlərin populyarlaşmasına öz töhfəsini verir. Məsələn, ötən il vətəndaşların bank köçürmələri yolu ilə ödədikləri mal və ya xidmətlərə görə 64,3 milyon manat məbləğində kompensasiya ödənilib ki, bu da ötən illə müqayisədə 77,5 faiz çoxdur.
Yanvar ayından ƏDV-nin ticarət və ictimai iaşə müəssisələrində müştərilərə qaytarılan hissəsi nağdsız ödənişlər üzrə 15%-dən 17,5%-ə yüksəlib. Nağd şəkildə isə 10%-dan 5%-kimi azaldılıb.
Dövlət Vergi Xidməti yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqini davam etdirir. İndi bizdə onların sayı 85 mindən çoxdur və ötən il onlar üzrə dövriyyə hətta 19,5 milyard manatı da ötüb, bu da ötən illə müqayisədə 26,6 faiz çoxdur. Ancaq aşkar üstünlüklərə baxmayaraq, müəyyən çatışmazlıqlarda var.
Ayrılan vergi məbləğində kassa qəbzlərinin çapının keyfiyyəti ilə bağlı şikayətlərə tez-tez rast gəlinir:
“Hətta bu mövzunun səthi araşdırılmasından sonra belə qənaətə gəlirik ki, müştərilərin şikayətləri haqlıdır. Bəzi satıcılar tərəfindən müştərilərə verilən ödəniş çeklərini üzərindəki çap keyfiyyətinin çox vaxt arzuolunmaz olduğunu görmək olar. Məsələn, məqalədə gördüyünüz çekə nəzər yetirsəniz görəcəksiniz ki, Fiscal və rəqəmsal kodlar tam görünmür. Mobil proqram tərəfindən rəqəmsal kod oxunmur. Alıcı belə məqamda bu çeklərdən imtina edərək, onu kənara atır. Bu isə bir çox hallarda satıcının işinə yarayır və mənfəətin elektron formasında nəzarətində üstünlüklər əldə edir. Belə halda Vergi Məcəlləsidə cərimə mövcuddurmu?
Vergi Məcəlləsinin 50.8 maddəsində çeklərdə hansı məlumatın olması əks olunub. Vergi Məcəlləsinin 58.7 maddəsində isə çeklərin İD və malın sürətli məlumat kodunun dumanlı olması ilə bağlı cərimə nəzərdə tutulmayıb.
Rauf QARAYEV