Azərbaycan xalqı 20 Yanvar faciəsində törətdilən qətliamı heç vaxt unutmayacaq!
- 20.01.2023, 00:59, Baxış sayı:
- 196
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə şərəflə yazılan qəhrəmanlıq səlnaməsi - 20 Yanvar!
Biz 33 il bundan əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən o dəhşətli hadisələri tək faciə kimi yox, həm də milli azadlıq hərəkatımızın yüksəlişi, xalqımızın mətanəti, yenilməz əzmkarlığı, qürur günü kimi xatırlayırıq. Həmin gün xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhid oldular. Günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar cinayətkar sovet ordusu tərəfindən amansızlıqla qətlə yetirildi. Aəzrbaycan xalqına qarşı bu qanlı terrorun həyata keçirildiyini ilk olaraq cəsarətlə bütün dünyaya bəyan edən ümummilli lider Heydər Əliyev oldu və bu bəyanatla bütün dünya azərbaycanlılarını ayağa qaldırdı. Yüzlərlə insanın qətlə yetirilməsini xalqımıza qarşı cinayət adlandırdı və bu hadisəyə hüquqi-siyasi qiymət verilməsini tələb etdi. Heç bir qoşun, heç bir hədə-qorxu xalqımızın demokratiya və milli azadlıq mübrizəsini boğa bilmədi. Bu gün biz istər o qanlı gecənin istərsə də Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz ruhunu daim ehtiramla yad edirik. Unutmuruq və unutdurmuruq! Dövlətimizin şəhid ailələrinə qayğısı davam edir. Cənab Prezident İlham Əliyevin bu haqda çoxsaylı fərmanları bunun bariz nümunəsidir.
Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini də müharibə əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısıdır. Belə ki, son dövrlər bu istiqamətdə xeyli işlər görülmüşdür. Elə bu ildə bu kateqoriadan olan insanlara göstərilən dövlət qayğısı davam etdirilmişdir. Ölkə Prezidentinin “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyənləşdirilib.
Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bu gün bir daha sübut edir.
Allahdan 20 Yanvar və cəmi Şəhidlərimizə rəhmət diləyir onların ruhu qarşıdında baş əyirik!
Ağakərim Sadıqov,
Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə nümayəndəsi