• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir

  • 20.01.2023, 00:55, Baxış sayı:
  • 191
20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir
Ötən əsrin sonlarında Azərbaycan xalqının müstəqillik, suverenlik arzusu, niyyəti və siyasi oyanışı Sovet hökumətini çox narahat edirdi. Xalqımızın bu arzusunu boğmaq üçün cinayət əməlinə, qırğına-soyqırıma əl atıldı. Tarixi şəhərimizə - Bakımıza qoşun göndərildi və 1990 –cı il 20 Yanvar tarixində paytaxtımızda qan su yerinə axıdıldı. Əliyalın vətəndaşlarımız silahlı hərbiçilərin, texnikanın qarşısını almaq üçün küçələrə axışdı. Azərbaycan xalqının igid, vətənpərvər övladları müstəqilik əzmini qırmağın mümkünsüz olduğunu canları bahasına isbat etdilər.
Azərbaycan xalqının mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı 20 Yanvar faciəsi xalqımızın əzmkarlığını, əyilməzliyini göstərən və yaşadan zəfər salnaməsidir.
Sovet imperiyasının 70 ildə yaratdığı xof vətəndaşlarımızı qorxutmadı. O zaman xalqımızın yazdığı zəfər salnaməsini hər kəs izlədi. Bütün dünya izlədi və gördü ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Cəsarətlə deyə bilərik ki, Qanlı Yanvar hadisələri Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi. Azərbaycanlılar başqa ölkərdə təşkilatlanmağa başladılar. Bu gün dünya azərbaycanlılarının həmrəyliyi hər sahədə özünü göstərir. Nəticədə ölkəmizin çiçəklənməsinə zəmin yaradır.
Bütün bunları müşahidə edən Qərb və onun havadarları Bakıda törədilən qırğınlara dolayısı ilə dəstək oldu. Bu həmin Qərbdir ki, bu gün də Ermənistanı dəstəkləyir, halbuki, 30 ildə onların pozmadığı hüquq qaydaları qalmayıb. Tarixdə görünməmiş Xocalı faciəsi, Gəncədə, Bərdədə, Tərtərdə silahsız insanların qırğını kimin ayağına yazılacaq?
Azərbaycan xalqı çox acılar yaşadı, itkilər verdi. Qəhrəman, igid oğullarımız şəhidlik zirvəsini qazandılar. 2020 –ci il xalqımızın tarıxınə yeni salnamə yazdı. İllərlə əsarətdə qalan yurdumuz igid oğulların sayəsində azad oldu. 30 ilin acısı sanki 44 gündə sevinclə, xoşbəxtliklə əvəz olundu.
Bir sözlə, 20 Yanvar faciəsi yaddaşlardan silinən deyil, tarixin bu səhifəsi illərlə, əsrlərlə oxunacaq. Çünki 20 Yanvar faciəsi ümumxalq faciəsi olmaqla bərabər, müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi olaraq tariximizə yazılıb.
Respublikada sosial yönümlü siyasətin həyata keçirilməsinin baris nümunəsi şəhid ailələrinə göstərilən dövlət qayğısı çərşivəsində onların təqaüdünün artırılmasıdır. Belə ki, möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı müvafiq Fərmanlarla şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 500 manatdan 600 manata qaldırılmış, həmçinin 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyənləşdirilmişdir.

Ağanəzər Gülməmmədov,
Sabirabad rayon Mənzil istismar sahəsinin rəisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter