Alternativ enerji sferasında əməkdaşlığın möhkəmləndirilməsi yolunda növbəti çox vacib addım atdım
- 18.01.2023, 17:45, Baxış sayı:
- 204
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib. Prezidentlərin görüşü zamanı ölkəmizin başçısı Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi xoş münasibətə görə təşəkkür edərək, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaza aid müzakirələrdə bu dövlətin respublikamıza göstərdiyi dəstəyi yüksək qiymətləndirdi və qardaşlıq nümunəsi adlandırdı. Danışıqlar zamanı siyasi, iqtisadi sahələrdə və təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, yüksək vəzifəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd edilib.
Səfər çərçivəsində iki ölkə alternativ enerji sferasında əməkdaşlığın möhkəmləndirilməsi yolunda növbəti çox vacib addım atdı. Yanvarın 16-da Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Çıxışı zamanı dövlət başçımız ölkəmizin enerji potensialının yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq dedi ki, Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir, bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Prezident İlham Əliyev həmçinin yeni imkanlar barəsində də məlumat verib. O, çıxışında qeyd edib ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. 2022-ci il dekabrın 17- də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar. Bu Saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmışdır. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq xətti çəkməkdir.
Ölkə başçısı Azərbaycanda investisiya mühiti çox müsbət olduğunu, neft və qaz sektoruna böyük sərmayələr cəlb edildiyini bildirmişdir.” İndi isə hədəfimiz bərpaolunan enerjidir. Digər sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik.”-Prezident İlham Əliyev çıxışını bitirmişdir.
İlham Həsənov,
Sabirabad RİH başçısının Qaratəpə kənd İƏD üzrə nümayəndəsi