20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıtdı
- 17.01.2023, 17:28, Baxış sayı:
- 127
Facebook
Вконтакте
Одноклассники
Google+
20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Sabirabad şəhər N.Nərimanov adına 2 saylı Beynəlmiləl Təbiət və Texniki təmayüllü liseyinin müəllim və şagirdləri Sabirabad rayon Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.
Ziyarətçilər Mərkəzdə təşkil olunan sərgi ilə tanış olmuşlar. 20 Yanvar faciəsi haqqında onlara geniş məlumat verilmişdir. Qeyd olundu ki, 20 Yanvar faciəsi XX əsr Azərbaycan tarixində baş vermiş qanlı hadisələrin, soyqırımı aktlarının məntiqi davamı, növbəti təzahürü idi.
Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün kimi tarixin şanlı səhifəsinə çevrildi.
Sonra 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunmuşdur.