• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır

  • 14.01.2023, 11:46, Baxış sayı:
  • 201
Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır
Azərbaycan 2023-cü ilə böyük uğurlarla qədəm qoydu. Ötən 2022-ci il Azərbaycanın tarixinə növbəti uğurlu dövr kimi həkk olundu. Ötən il respublikamızda iqtisadi və sosial sferada mühüm nailiyyətlər əldə edildi. Elə yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları yerli televiziya kanallarına müsahibəsində jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.
Dövlət başçısı bildirdi ki, 2022-ci ilin 11 ayın yekunlarının nəticələrinin uğurların gözlənilən idi: “İqtisadi artım 5 faizdən çoxdur. Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb”. Prezident İlham Əliyev, həmçinin sənaye istehsalında da uğurların olduğunun söylədi: “Sənaye istehsalına gəldikdə, həm ümumi sənaye istehsalımız 5 faizdən çox artıb, həm də qeyri-neft sənayemiz 20 faizə yaxın artıb”. Dövlət başçısı valyuta ehtiyatlarımızın da artdığını deyərək vurğuladı ki, keçən il xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Buna baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb.
Prezident İlham Əliyev öz müsahibəsində İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmizin şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək olduğunu vurğulayaraq son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bildiyimizi bildirib. Dövlət başçısı bu gün Azərbaycannın dünyada etibarlı və ciddi tərəfdaş kimi tanındığını bildirib. Həmçinin bildirilib ki, Azərbaycan bu günə kimi bütün işlər öz vəsaitləri hesabına edib. Müharibədən sonra heç bir ölkədən yardım alınmayıb. Yalnız iki ölkənin – Özbəkistanın və Qazaxıstanın prezidentləri Füzulidə iki məktəbin tikintisinə özləri təşəbbüs göstəriblər.
Keçən il ölkəmizin ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Xarici ticarət artaraq 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Bu gün Azərbaycanın xarici borcu 7 milyard dollardan azdır, həm də ümumi daxili məhsula nisbətdə kəskin azalıb. Əgər keçən ilin əvvəlində ölkənin xarici borcu ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb.
Müsahibə zamanı ölkə başçısı sosial rifah sahəsində atılan praktiki addımlardan danışarkən qeyd edib ki, “Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əməkhaqqı artıq 345 manata çatıb”. Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırılaraq 280 manata çatıb. Bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaqdır.
Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir. Həmçinin bu il Azərbaycanda orta aylıq əmək haqqı 900 manatdan çox olacaqdır. “Sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk», – deyə dövlətimizin başçısı vurğulayıb.
Müsahibə zamanı qeyd edilib ki, ötən il şəhid ailələri və müharibə əlillərinə dəstək istiqamətində bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verilib, 2021-ci ildə bu rəqəm 3 min olub. Bu il də ən azı 1500 mənzil veriləcəkdir. Bu da cənab Prezidentin bildirdiyi kimi “bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq”.

Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter