2023-cü ildə ölkəni nə gözləyir?
- 05.01.2023, 19:23, Baxış sayı:
- 157
Facebook
Вконтакте
Одноклассники
Google+
“Ölkə kommunikasiya mərkəzinə çevriləcək”
İqtisadçı - ekspert Rauf Qarayev deyir ki, Azərbaycanın yeni imkanları qaz və neft sahəsindədir. Ölkə Avropaya Orta Asiyadan nəql edilən neft və qazın keçidi üçün kommunikasiya mərkəzinə çevriləcək: “Qazaxıstan nefti, Türkmənistan qazının Azərbaycandan keçidi üçün görüşlər və razılıq əldə edilməsini müşahidə etmək olur. Bu imkanlar həm də Avropanın ölkəyə qarşı əsassız təzyiqlərinin qarşısını alacaq. Azərbaycanın kommunikasiya mərkəzinə çevrilməsi ölkəmizi bir çox bəlalardan, sanksiyalardan qoruyacaq. Bu prosesin təməli 1994-cü ildə “Əsrin müqaviləsi” ilə qoyulmuşdu. Hesab edirəm ki, iqtisadi baxımdan gələn il artıq Qarabağ iqtisadi zonasında yerləşən təbii sərvətlərimizin talan olmasının qarşısını alınması ilə də yadda qalacaq. Özümüz bu sərvətlərə yiyələnərək geniş imkanlar əldə edəcəyik. Təsadüfi deyil ki, ildən - ilə büdcəmiz də artır. Bu onu göstərir ki, həm gəlirlər artır, həm də bu gəlirlərin artması digər sahələrin də inkişafına müsbət təsir edir. Cari il ərzində də bir sıra ölkələrlə müxtəlif sferalarda təmasların möhkəmləndirilməsi, yeni əlaqələrin qurulması, Ukraynada davam edən müharibə fonunda Avropada Azərbaycan qazına və enerjisinə tələbatın artması, eləcə də ticarət dövriyyəsinin yüksəlməsi uğurlu göstərici idi”.
“Qarabağda minlərlə iş yeri açılacaq”
Mütəxəssis deyir ki, gələn il turizm sahəsinin inkişafı üçün dövlətdən yardımlar ayrılacaq: “Bunun artıq ilk addımları görünür. Nəqliyyat, logistika və turizm sahəsində gəlirlərimiz daha da artacaq. Xüsusilə kənd təsərrüfatı sahəsində uğurlu nəticələr əldə olunacaq. Kimlərsə bu sahədə işləmək istəyirsə, dövlət onlara dotasiya verəcək. Aşağı faizdə kreditlər verilməsi gözlənilir. Bununla yanaşı, Qarabağda minlərlə iş yerinin açılması gözlənilir”.
Aygün ƏZİZ,
“Kaspi” qəzeti
31.12.2022