• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şərəfli döyüş yolu

  • 16.12.2022, 22:17, Baxış sayı:
  • 217
Şərəfli döyüş yolu
Şərəfli döyüş yolu
Aprel döyüşlərindən, 44 günlük Vətən müharibəsindən şərəflə keçən, bir neçə dəfə yaralanmasına baxmayaraq yenidən döyüşə atılan, çox sayda düşməni məhv edən Cəfərov Faiq Cavanşir oğlunun qəhrəmanlığından söz açmaq istəyirəm.
Faiq Cəfərov bu il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq üçün də döyüşə atılmışdır. Gizir Faiq Cəfərov komandanlıqdan döyüş tapşırığı alır. Öz tabeliyində olan 15 nəfərlik şəxsi heyətlə düşmənin təchizat yolunu bağlamaq, köməyə göndərilən 27 yük maşınının qarşısını almaq tapşırığını alır. Faiq Cəfərov döyüş yoldaşları ilə düşmənin keçib gəldiyi yolda pusqu qururlar. Sonra açıq döyüşə başlayırlar. Qanlı döyüş sentyabrın 13-ü səhərədək davam edir. Onlar bir neçə “Kamaz”ı sıradan çıxarırlar. Qalanları da geriyə qaçmağa məcbur olurlar. Düşməni məhv edən döyüşçülərdən ikisi qəhrəmancasına şəhid olur. Faiq Cəfərov özü də olmaqla 4 nəfər ağır yaralanır. Bakıda həkimlərin səyi ilə yenidən həyata qayıdır.
Faiq Cəfərov 1985-ci ildə Sabirabad rayonunun Xəlfəli kəndində anadan olub. Şəhid, mayor Şahlar Cəfərovun əmisi oğludur. Bir sıra medallarla təltif edilmişdir.
Sentyabrın 12-də Zəngilan istiqamətində gedən döyüşlərdə DSX-nin çavuşu, müddətli hərbi xidmətçi Kərimov Hörmət Fürsət oğlunun da şücaətini qeyd etmək istəyirəm. Bu cəsur sərhədçimiz düşmən üzərinə yeriyərək döyüş yoldaşları ilə xeyli erməni əsgərini zərərsizləşdirmiş və 4 erməni əsgərini əsir götürmüşdür. Göstərdiyi igidliyə görə Hörmət Kərimov Fəxri fərmana layiq görülmüş, 10 günlük məzuniyyətə buraxılmışdır. Bu igidimiz də Xəlfəli kəndindəndir.

Ərzuman ÜMMAN
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter