• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Dövlət başçımız ADA Universitetində keçirilən beynəlxalq konfransda Azərbaycan xalqının sülhsevər bir xalq olduğunu bütün dünyaya nümayiş etdirdi

  • 28.11.2022, 19:39, Baxış sayı:
  • 165
Dövlət başçımız ADA Universitetində keçirilən beynəlxalq konfransda Azərbaycan xalqının sülhsevər bir xalq olduğunu bütün dünyaya nümayiş etdirdi
Prezident İlham Əliyevin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı və bir sıra dövlətlərin elm mərkəzlərinin nümayəndələrinin suallarına verdiyi qətiyyətli və açıq cavabları Ermənistan və onun havadarlarına, ümumiyyətlə dünya ictimaiyyətinə bir mesaj idi.
Son dövrlər ölkəmiz çox böyük iqtisadi layihələrə imza atıb. Bu layihələrin uğurla həyata keçməsinin əsas amillərindən biri ölkəmizdə hakimiyyət - xalq birliyi səbəbindən mövcud olan sabitlikdir. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu Prezident cənab İlham Əliyevin həyata keçirdiyi daxili siyasət nəticəsində yaranmışdır. Prezident cənab İlham Əliyevin uğurlu, müdrik siyasəti, peşəkar diplomatik bacarığı nəticəsində Azərbaycan bir çox dövlətlərlə iqtisadi, siyasi sahələrdə dost münasibətlər qurmuşdur ki, bunun da sayəsində ölkəmizin güclü dövlətə çevrilməsi reallaşmışdır.
Azərbaycan coğrafi cəhətdən Avropanı Asiya ilə birləşdirən bir ərazidə yerləşir. İki qitənin dəmir yolu, avtomobil yolu ilə birləşdirilməsi istiqamətində Azərbaycan böyük infrastruktur layihələri reallaşdırmışdır. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə 5 il bundan öncə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropadan Asiyaya və əks istiqamətdə yük daşımalarının həcmi hər il artmaqdadır. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutlarının mərkəzində yerləşir, ölkəmiz bu marşrut xəttlərini birləşdirən nəhəng bir logistika infrastrukturu yaratmışdır. Cənub Qaz Dəhlizinin tərkib hissələrindən olan TAP və TANAP qaz boru xətləri vasitəsilə artıq iki ilə yaxındır ki, Azərbaycan qazı Avropaya ixrac olunur. Yaxın illərdə Azərbaycandan Avropaya hər iki boru xətti vasitəsilə ixrac ediləcək qazın həcminin 2 dəfə artırılması üçün Azərbaycanla Avropa Komissiyası arasında bu ilin iyun ayında Anlaşma Memorandumu imzalanmışdır. Bununla da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol daha yüksək səviyyəyə qaldırılacaq.
Bu gün Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlət olmaqla yanaşı, Azərbaycan Ordusu dünyanın ən güclü ordu sıralarında yer alır. Azərbaycan dünyanın bir çox dövlətləri ilə strateji müttəfiqlik haqqında müqavilə imzalamışdır. Bütün bu amillər Azərbaycanın beynəlxalq aləmdə öz təhlükəsizliyini təmin etməsi üçün həyata keçirdiyi çox mühüm addımlardır.
Azərbaycana qarşı bir cəbhədə birləşən nə İran, nə də Ermənistan Azərbaycanın regionda həyata keçirəcəyi nəqliyyat-infrastruktur layihələrinə mane törədə bilməz. Ermənistan nə siyasi, nə də iqtisadi cəhətdən müstəqil, suveren bir dövlət deyil. Bu ölkənin ərazisindən heç bir beynəlxalq nəqliyyat xətti keçmir. Ümumiyyətlə, Ermənistanın nəqliyyat şəbəkəsi özünəməxsus deyil. Bu ölkənin nəqliyyat sektoru Rusiyaya məxsusdur. Bu gün Orta Dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələri Azərbaycan Rusiya ilə aparır.
Ölkəmiz diplomatik sahədə bir çox ölkələrlə yeni əməkdaşlıq əlaqələri qurmağa üstünlük verir. Azərbaycan dövlətinin İsraildə səfirlik, Fələstində təmsilçilik ofisi açması sülhə xidmət edən bir addımdır. Ərəb Liqası nümayəndəliyinin Bakıda açılması barədə qərar Azərbaycanın bu təşkilatla dostluq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir. Ərəb Liqasına üzv olan dövlətlər işğal dövründə və Vətən müharibəsi zamanı Azərbaycanı dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələr qəbul etmişlər. Azərbaycan öz növbəsində pandemiya dövründə Ərəb Liqası və İƏT ölkələrinə maliyyə və humanitar yardım göstərmişdir. Azərbaycanla Türkiyə arasında mövcud dostluq və qardaşlıq əlaqələri bütün dünyaya bir nümunədir. 2001-ci ildə Azərbaycanla Türkiyə arasında Müttəfiqlik Bəyannaməsi imzalanmışdır. Hər iki dövlətin Silahlı Qüvvələri birlikdə hərbi təlimlər həyata keçirirlər. İstər Azərbaycana, istərsə də Türkiyəyə qarşı yönəlmiş qüvvələr bilməlidilər ki, Türkiyə və Azərbaycan Ordusu birlikdə istənilən təxribatçı qüvvələrə qarşı bir olacaq. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Avropa İttifaqı ölkəmizin çox mühüm tərəfdaşıdır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında vasitəçilik missiyasını həyata keçirmək istəyən keçmiş Minsk qrupu artıq mövcud deyil və dəfn olunmuş qurumdur. Azərbaycan bu missiyanı öz üzərinə götürmüş Avropa İttifaqının səylərini yüksək qiymətləndirir. Brüsseldə Avropa Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə bir neçə dəfə Azərbaycanla Ermənistan arasında səmərəli görüşlər keçirilmişdir. Oktyabrın 6-da Praqada Avropa İttifaqı və Fransa Prezidentinin iştirakı ilə dördtərəfli görüş keçirildi. Həmin görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi. Lakin həmin görüşdən bir həftə keçməmiş Fransa Prezidenti Makron Azərbaycana qarşı qərəzli bəyanatla çıxış etmişdir. Bundan sonra Fransa Senatı da Azərbaycana qarşı qərəzli, böhtan xarakterli qərar qəbul etdi. Fransa işğalçılıq siyasəti həyata keçirən Ermənistanın mövqeyini müdafiə etdiyinə görə heç bir halda vasitəçilik mövqeyindən çıxış edə bilməz. Minsk qrupunun həmsədrlərindən olan nə Rusiya, nə də ABŞ rəsmən bu günə qədər tərəf tutmamışlar. Dekabrın 7-də Brüsseldə keçirilməli olan növbəti görüşdə Paşinyan Makronun bu görüşdə iştirak etməyəcəyi təqdirdə görüşə qatılmayacağını bildirmişdi. Bu bir daha Paşinyanın acizliyinin, sərbəst qərar qəbul etmək iqtidarında olmadığının nümunəsidir. Fransa ancaq Ermənistanın maraqlarını müdafiə etdiyi üçün özü vasitəçilik missiyasının üstündən xətt çəkmiş oldu. Məhz Fransa və Ermənistanın təxribat dolu hərəkətləri səbəbindən dekabrın 7-də keçirilməsi nəzərdə tutulan görüş baş tutmayacaq. Artıq Ermənistanın sülh sazişini imzalamaması üçün vaxt uzatmaq hiyləsi hər kəsə məlum oldu. Fransa və Ermənistan eyni bir siyasəti - işğalçılıq siyasəti həyata keçirən dövlətlərdir. Fransanın Afrika dövlətlərində həyata keçirdiyi işğalçılıq, xalqlara qarşı soyqırım siyasəti bütün dünyaya məlumdur. Bu gün Fransanın Afrikadakı mövqeləri getdikcə zəifləyir. Makron Cənubi Qafqazda Fransanın maraqlarını həyata keçirməyə çalışır. Bu məqsədlə Fransa Prezidenti Ermənistandan bir alət kimi istifadə edir. Fransa vətəndaşları arasında da Makron nüfuzunu itirməkdədir. Sadə vətəndaşları tərəfindən sillələnən, pomidor və yumurta atəşinə tutulan Makronun naşı bir siyasətçi olması göz qabağındadır. Azərbaycan isə hər gün inkişaf edən güclü bir dövlətdir və onun bütün dünya liderlərinin hörmət bəslədiyi İlham Əliyev kimi bir lideri var.
Tədbirdə Prezident cənab İlham Əliyevin İrandakı soydaşlarımıza qarşı edilən haqsızlıqlar barədəki fikirləri hər bir azərbaycanlı tərəfindən böyük rəğbətlə qarşılandı, eləcə də bu gün İranda Azərbaycana və azərbaycanlılara qarşı olan qüvvələrə bir mesaj oldu. Bu gün İranda yaşayan 35 milyondan çox azərbaycanlıların bir dənə də olsun məktəbləri yoxdur. Burada azərbaycanlılar Azərbaycan dilini ancaq məişət səviyyəsində öyrənirlər. İranda bir ovuc ermənilər üçün erməni dilində məktəb açmalarına hər cür şərait yaradıblar. Azərbaycan dövləti İranda yaşayan azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün bütün vasitələrdən istifadə edəcək. Azərbaycan bütün dövlətlərlə, o cümlədən, region dövlətləri ilə yanaşı Ermənistanla da sülh, əmin-amanlıq və mehriban qonşuluq şəraitində yaşamaq niyyətindədir. Prezident cənab İlham Əliyev bir daha Azərbaycan dövlətinin güclü və qüdrətli bir ölkə, Azərbaycan xalqının sülhsevər bir xalq olduğunu bütün dünyaya nümayiş etdirdi.

Vüqar Soltanov,
Sabirabad RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter