• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Makronun böhtan dolu fikirləri tamamilə beynəlxalq hüququn prinsiplərinə ziddir

  • 17.10.2022, 14:15, Baxış sayı:
  • 264
Makronun böhtan dolu fikirləri tamamilə beynəlxalq hüququn prinsiplərinə ziddir
Prezident İlham Əliyevin oktyabrın 14-də Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışına diqqət çəkib. Bildirib ki, dövlətimizin başçısı qəti şəkildə bəyan etdi ki, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. Vaxtı ilə Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupu münaqişənin həlli məqsədilə yadılmışdı, amma əlindən bir iş gəlmədi, vəzifələrini icra edə bilmədi. Fransa Minsk qrupunun həmsədri olub, neytrallıq göstərmək əvəzinə, hələ müharibə zamanı tərəf nümayiş etdirərək Ermənistanın ədalətsiz mövqeyini müdafiə etməyə çalışırdı.
Bir neçə gün öncə Fransa prezidenti Emmanuel Makronun “France2” telekanalına müsahibəsində dediyi fikirlər, təbii ki, hər birimizdə hiddət doğurur. Aydın görünür ki, bu şəxs məsələlərə separatçı ermənilərin gözü ilə baxıb təhlil edir və gəldiyi yanlış qənatləri ictimaiyyətə çatdırır. Maraqlıdır, məgər bu dövlət başçısı vaxtı ilə Fransanın da imza atdığı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən xəbərsizdir!?. Deyir ki, “Azərbaycan dəhşətli, çoxsaylı itkilərlə nəticələnən müharibəyə başladı və Dağlıq Qarabağı tutdu”. Fransa bu məntiqlə uzun illər vasitəçilik missiyasını icra edib!? Makronun Azərbaycanın tutduğu dediyi ərazilər bütün sənədlərdə və beynəlxalq səviyyədə elə Azərbaycanın öz ərazisi kimi qəbul edilib. Bu ərazilər Azərbaycan ərazisidir, Azərbaycan hər zaman sülh tərəfdarı olub, uzun illər münaqişənin danışıqlar yolu ilə həllinə çalışıb. Bütün bunları bilə-bilə öz ərazilərini işğaldan azad edən Azərbaycana “işğalçı” demək yalnız Makron kimi siyasətçilərin təfəkkürünün məhsulu ola bilər. Aydın görünür ki, Makronun böhtan dolu fikirləri tamamilə beynəlxalq hüququn prinsiplərinə ziddir. O, çevrilib öz ölkəsinin tarixinə bir nəzər salsaydı, belə məsələlərdə utanıb susmağa üstünlük verərdi.
Təəssüf… Emmanuel Makron deyir ki, “biz erməniləri atmayacağıq”. Bu, məlumdur, hər zaman belə olub, hətta müharibə dövründə də. Amma nəticə ortadadır. Artıq Azərbaycan öz torpaqlarını Makronun yanında olduğu təcavüzkarlardan təmizləyib. Bundan sonra da öz ərazilərini işğalçılardan qoruyacaq. Bir sözlə, Makronun bu cür yanaşmalarını Ermənistanla Azərbaycan arasında münasibətlərin düzəlməsinə, sülh danışıqlarına əngəl və bu kimi siyasətçilərin belə davranışlarını pozucu və dağıdıcıdır.

İntizar Nərimanova,
Sabirabad rayon Qaragüney 1 saylı
kənd tam orta məktəbinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter