• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Avropa İttifaqı ilə əməkdaşlıq mövcud əlaqələrə əlavə, növbəti təkan verilməlidir

  • 23.07.2021, 11:14, Baxış sayı:
  • 511
Avropa İttifaqı ilə əməkdaşlıq mövcud əlaqələrə əlavə, növbəti təkan verilməlidir
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri Aİ-Azərbaycan münasibətlərində yeni səhifə açdı. Post-münaqişə dövründə belə bir səfər xüsusilə əhəmiyyətli idi, çünki rəsmi Bakı Aİ Şurasının prezidentinin timsalında regionda yeni reallığı bir daha təqdim etmək imkanı qazandı. Şarl Mişelin səsləndirdiyi fikirlər də Aİ-nin bu reallığı qəbul etdiyini təsdiqləyir. Şarl Mişelin Azərbaycana səfəri bir neçə kontekstdə diqqət çəkir.
Birincisi, Aİ-Azərbaycan münasibətlərinin inkişafı üçün olduqca əhəmiyyətli idi. Prezident İlham Əliyevlə Şarl Mişelin təkbətək görüşü iki saat davam etdi. Danışıqlarda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin geniş spektrini əhatə etdi, siyasi əlaqələrdən məmnunluq ifadə olundu, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edildi, Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparıldı.
İkincisi, Aİ-nin region ölkələrinə balansı münasibəti vacib amildir. Şarl Mişelin region ölkələrinə səfərində protokol qaydalarına tam riayət edildi: Azərbaycan, Ermənistan və Gürcüstana eyni vaxt ayrıldı. Müqayisə üçün deyək ki, Almaniya kansleri Angela Merkelin, Fransanın keçmiş prezidenti Fransua Olandın regiona səfəri zamanı bu balansın gözlənilməmişdi. Ermənistana səfər edəcək Fransa prezidenti Emmanuel Makron da balansı pozacağı məlumdur. Şarl Mişelin regiona səfərindı isə balans tam şəkildə gözlənildi.
Ş.Mişelin Azərbaycanın regionlarına da səfər etməsi, Şamaxıya getməsi, Cümə məscidini ziyarət etməsi də diqqət çəkdi. Bu, Avropa İttifaqı Şurası Prezidentinin Azərbacan xalqının dəyərlərinə, İslam dininə hörmətinin göstəricisidir. Bununla yanaşı, Şarl Mişel Azərbaycana səfəri çərçivəsində ölkəmizin inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri ilə tanış oldu: “Azərkosmos” ASC-ni ziyarət etdi, İpək yolu və Ələt Azad İqtisadi zonası ilə bağlı təqdimatda iştirak etdi və s. Şarl Mişel çıxışında “Dağlıq Qarabağ”, status və bu kimi ifadələr işlətmədi, hətta Ermənistanla Azərbaycan arasında hazırda olan bəzi məsələləri “mübahisə” adlandırdı. Bu, Aİ-nin 44 günlük müharibədən sonra yaranmış yeni reallığı başa düşdüyü və regionla bağlı siyasətində bu reallığı nəzərə aldığı deməkdir. Mişelin nitqində bu mövqe aydın hiss olunurdu.

Rəman Quliyev,
Əczaçı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter