• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır

  • 24.11.2022, 01:00, Baxış sayı:
  • 199
Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə keçirilən tədbirdə dövlət başçısı, YAP Sədri İlham Əliyev Azərbaycan xalqının ən ağır, taleyüklü dövründə ümummilli lider Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsindən və cəmiyyətin aparıcı, intellektual, vətənpərvər kəsiminin YAP-ın sıralarında birləşməsindən, Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən geniş bəhs etdi. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar ulu öndər Heydər Əliyevə ünvanlanan müraciətdə öz əksini tapmışdı. Dahi şəxsiyyət müraciətə cavabında tarixi nailiyyətimiz olan müstəqilliyimizin qorunmasının yollarını göstərdi və ilk olaraq dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların öz doğma Vətəni ilə əlaqələrinin daha da möhkəmlənməsinin, bir sözlə, hər kəsin bir amal-azərbaycançılıq ideyasının ətrafında sıx birləşməsinin vacibliyini bildirdi.
Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın, Yeni Azərbaycan Partiyasının uğurları 30 ildə özünün aydın ifadəsini tapıb: “Azərbaycan yenidən quruldu. Müstəqilliyimizin bərpasının ilk illəri xaos, anarxiya, iqtisadi böhran, bütün sahələrdə uğursuzluq dövrü kimi təhlil edilir. Bu reallıq hər zaman qeyd edilir ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycanın hansı durumda olacağını təsəvvür etmək çətin deyildi. Azərbaycan adlı dövlətin varlığından danışmaq sual altında idi.
Dahi şəxsiyyət Azərbaycanın müstəqil gələcəyini düşünərək hələ hakimiyyətinin birinci dövründə biri-birindən mühüm addımlar atıb. Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının yubiley tədbirində diqqəti bir daha həmin dövrün reallıqlarına yönəltdi. “Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi” söyləyən cənab İlham Əliyev bildirdi ki, bu inamın əsasında ulu öndər Heydər Əliyevin daim xalqına xidmət etməsi, xalqın qayğıları ilə yaşaması, bir sözlə, həmişə xalqla birlikdə olması idi. Məhz onun rəhbərliyi ilə Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrildi. Bütün statistik göstəricilər də bunu təsdiqləyir. Əhalinin həyat səviyyəsi ildən-ilə yaxşılaşdı. Ulu öndər Heydər Əliyev bütün vəzifələrdən istefa verəndən iki həftə keçməmiş erməni separatçıları artıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi ilə bağlı məsələ qaldırmışdılar. Bu amillər göstərir ki, Ulu Öndər pensiyada olanda da, xalqımız üçün ən faciəvi günlərdə də xalqla birlikdə idi.
1993-2003-cü illər tariximizə sabitlik, inkişaf dövrü kimi yazılıb. Azərbaycana hansı sahədən baxsaq o illərdə yaradılan möhkəm təməlin nəticələrini görərik. Azərbaycanın sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi, etibarlı tərəfdaş kimi nüfuz qazanmasını şərtləndirən əsas amil düzgün qurulan siyasətdir. Məhz bu günümüzün reallıqlarına söykənərək böyük qürur hissi ilə qeyd edirik ki, bugünkü qalib, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
2003-cü ildə Azərbaycan xalqı yenidən Heydər Əliyev siyasətinə səs verdi. Xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andicmə mərasimində bildirdi ki, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Dövlət başçısı İlham Əliyev bəyan etdi ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, cənab İlham Əliyev bu vədinə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir. İqtisadi islahatlar daha da dərinləşdirildi. Neft siyasətinin məntiqi davamı olan qeyri-neft sektorunun inkişafı dövlətin iqtisadi siyasətinin əsas tərkib hissəsinə çevrildi. Son 19 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar göz qabağındadır. Ölkəmizin beynəlxalq mövqeləri möhkəmləndi. Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. 2019-cu ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatına sədr seçildi. Azərbaycanın artan nüfuzu, siyasi çəkisi Qoşulmama Hərəkatına sədrlik müddətinin bir illik uzadılmasında da özünü göstərdi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bizim sözümüzlə imzamız arasında heç bir fərq yoxdur. Azərbaycan xarici siyasət konsepsiyasında əməkdaşlıq, dostluq prinsiplərini üstün tutur.
30 ilin şahidlik etdiyi uğurların zirvəsində dayanan möhtəşəm Zəfərimiz yeni reallıqlar yaradıb: “Azərbaycan 30 ildən sonra tarixi sahibinə qovuşan torpaqlarında sözün əsl mənasında cənnət yaradır. Hər gün görülən işlərin miqyası o qədər böyükdür ki, Böyük Qayıdışın tam şəkildə reallığa çevriləcəyi gün uzaqda deyil. Dövlət başçısı İlham Əliyev YAP-ın yubiley tədbirində bir daha böyük qürurla bildirdi ki, bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.
Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!

Əlabbas Şıxəliyev,
“Sabirabad Konserv” ATSC-nin sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter