• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Xalq və ordu birliyi 44 gün davam edən Vətən müharibəsində tarixi zəfərimizin qazanılmasına gətirib çıxardı

  • 08.11.2022, 10:42, Baxış sayı:
  • 207
Xalq və ordu birliyi 44 gün davam edən Vətən müharibəsində tarixi zəfərimizin qazanılmasına gətirib çıxardı
30 ilə yaxın Azərbaycanın ağrılı yeri, beynəlxalq təşkilatların müzakirə obyektinə çevrilmiş Qarabağ münaqişəsi artıq geçmişdə qalmışdır. Həmin illər ərzində torpaqlarımızın 20% erməni işğalına məruz qalmış, Azərbaycan xalqı 10 mindən çox şəhid vermiş, minlərlə soydaşımız itkin düşmüş və 1 milyon vətəndaşımız öz vətənindən didərgin salınmışdır. 30 il ərzində yüzlərlə insan torpaq həsrətilə dünyasını dəyişmişdir.
Azərbaycan xalqı bu itkilərlə barışmırdı və ərazi bütövlüyünün bərpasına çalışırdı. Xalqımız illərlə bu haqsızlığa səbirlə dözərək dünya birliklərinin Qarabağ problemini hüququ yolla həllini gözlədi, lakin münaqişənin həlli naminə hər hansı irəliləyiş baş vermədi. Əksinə, belə vəziyyət erməniləri arxayınlaşdıraraq azğınlıqlarını daha da artırdı. Müxtəlif illərdə onlar təxribatlar törədərək nəinki hərbi mövqelərimiz, hətta mülki dinc sakinlər də erməni hücumuna məruz qaldı. 2020-ci il Tovuz istiqamətində ermənilərin növbəti hücumuna qarşı döyüşləri idarə edərkən 14 iyulda general-mayor Polad Həşimovun ön xəttə tabeliyindəki əsgərlərlə bir yerdə şəhid olması məsələnin hüquqi yolla həlli ehtimalına ümidsizlik yaratdı. Son hadisələr Qarabağ probleminin həllində yeganə yolun müharibə olduğu qənaətinə gətirdi.
Azərbaycan xalqı bu illər ərzində müxtəlif çətinliklər, itkilər yaşamışdır. Ağır günlərdə bu xalqın bir-birinə nə qədər dayaq durduğu, birləşdiyinin dəfələrlə şahidi olmuşuq. 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq 44 gün ərzində yaşananlar həmin birliyin bariz nümunəsidir. Xalq həmin dövrlərdə sözün həqiqi mənasında dəmir yumruq kimi birləşdi.
Ötən illər ərzində Ulu Öndər Heydər Əliyev uzaqgörənlilik və müdrikliklə yaratdığı inkişaf yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasəti nəticəsində Azərbaycan güc topladı. Ölkəmizin iqtisadi gücünün artması ordu quruculuğuna, ən müasir silah və hərbi texnika ilə güclənməsinə, hərbçilərin bilik və bacarıqları artmasına səbəb oldu.
2020-ci il sentyabr ayının 27-də Ermənistanın Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini atəşə tutmasına cavab olaraq əks-hücum əməliyyatı başladı. Sonralar bu “Dəmir Yumruq” əməliyyatı adı ilə II Qarabağ savaşına, Vətən müharibəsinə çevrildi.
44 gün sürən Vətən müharibəsində xalq hər an ön cəbhəyə dəstəyini göstərdi. Bütün diqqət Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətlərinə və qələbə xəbərlərinə yönəldi. Ətrafdan müxtəlif təziqlərə baxmayaraq, cənab Prezidentin sentyabrın 27-də xalqa ilk müraciəti Vətən müharibəsinin başlandığını və birliyin vacibliyini göstərdi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
2020-ci il noyabr ayının 8-i Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Azərbaycan xalqına gözlənilən sevincli xəbəri verdi. Azərbaycanın qədim şəhərlərindən Şuşa işğaldan azad edilmişdir. Həmin gün tariximizə Zəfər Günü kimi yazıldı. Ölkə başçısı bu xəbəri Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.

Vüqar Əmirov,
Sabirabad şəhər sakini, Vətən Müharibəsi veteranı, qazi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter