• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sülhə yavaş-yavaş yaxınlaşırıq

  • 09.10.2022, 19:35, Baxış sayı:
  • 258
Sülhə yavaş-yavaş yaxınlaşırıq
Oktyabrın 6-da dünyanın diqqəti Çex Respublikasına yönəlmişdi. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə olan dövlət başçısı İlham Əliyevin Sammit çərçivəsində keçirdiyi görüşlər, «Avropa qitəsində sülh və təhlükəsizlik» mövzusunda dəyirmi masada çıxışı, eyni zamanda, Azərbaycan televiziya kanallarına müsahibəsində Azərbaycanın hazırkı dövrdə beynəlxalq münasibətlər sistemində artan mövqeyini, Ermənistana ciddi mesajlarını və sair kimi çağırışları özündə əks etdirən bəyanatları ölkə və dünya mətbuatında geniş müzakirə olunur. Onu da qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak edirdilər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir. Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının və Çex Respubilkasının dəvəti ilə Zirvə Toplantısında iştirakı, eyni zamanda, yeni siyasi platformanın fəaliyyətə başlamasını postmünaqişə dövrünün reallıqlarının təqdimatı kimi dəyərləndirə bilərik. Bu baxımdan ki, Azərbaycanın ədaləti və beynəlxalq hüququ xarici siyasətinin prioritet istiqaməti kimi qəbul edərək hər bir məsələnin həllində bu yanaşmanı ortaya qoyan və bununla bağlı digər dövlətlərə də çağırış edən qalib ölkə olaraq yeni reallıqların müzakirəsində iştirakı mütləqdir.
Bu, dövlət başçısı İlham Əliyevin qətiyyətinin, Azərbaycanı daim irəli aparmaqla yanaşı, heç bir xarici qüvvənin ölkəmizin siyasi iradəsinə təsir etmək gücündə olmadığını, bizimlə ultimatum dili ilə danışmaq imkanının yoxluğunu ən yüksək tribunalardan bəyan edən Liderdir. Dünya Azərbaycanın dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsində qətiyyətli mövqeyinin şahidi olub. Mövqeyindən bir addım belə mövqeyindən geri çəkilməyən Müzəffər Ali Baş Komandan müharibənin dayandırılması ilə bağlı nə qədər təzyiqlər göstərilsə də sonadək gedəcəyini, eyni zamanda, hansı halda müharibənin dayandırılmasının mümkünlüyünü diqqətə çatdırdı. Azərbaycan bu gün də dövlət başçısının qətiyyətli mövqeyinin sayəsində dünya birliyinin fəal üzvü olaraq cərəyan edən proseslərə təsir imkanlarını ortaya qoyur, bəzi dünya güclərinin Ermənistana dəstəkdən irəli gələn təkliflərini təmkinlə, diplomatik şəkildə cavablandırır və bununla bir daha Azərbaycanın siyasətində müstəqil olduğunu nümayiş etdirir.
Dövlət başçısı İlham Əliyev Zirvə Toplantısı çərçivəsində “Avropada sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada bir daha dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin rolunu qeyd etdi, xüsusilə ərazi bütövlüyü prinsipinə diqqət çəkdi. Bu prinsipə münasibətdə eyni yanaşmanın və dövlətlərarası münasibətlərdə bu prinsipin üstünlük təşkil etməsinin vacibliyini vurğuladı. Həmçinin bu prinsipə münasibətdə selektiv yanaşmaların kənara qoyulmasının önəmini diqqətə çatdırdı.
Azərbaycan və Ermənistan bir- birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıdı, BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu, o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Sənəddə diqqət çəkən məqamlardan biri də budur ki, Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə, müstəqil siyasətinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, sərhəd monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Ermənistan sərhəd missiyasına razılıq verməklə müstəqil dövlət olmadığını bir daha təsdiqlədi. İlk gündən müstəqilliyi formal xarakter daşıyan Ermənistan bugünədək bəzi dünya güclərinin maraqlarının ifadəsində oyuncağa çevrilib. Ermənistanın sərhəd monitorinq missiyasına razılıq verməsi digər tərəfdən Rusiyaya qarşı yeni və ciddi addımdır.

Cəmil Məmmədov,
Sabirabad rayonu Qasımbəyli bələdiyyəsinin sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter