• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Yeni dövrün müasir lider obrazı

  • 15.10.2022, 08:40, Baxış sayı:
  • 325
Yeni dövrün müasir lider obrazı
2003-cü ilin 15 oktyabr tarixində Azərbaycanda keçirilən Prezident seçkilərində İlham Əliyev çox böyük səs çoxluğu ilə qaələbə azanaraq Azərbaycan Respublikasınını Prezidenti seçildi. Azərbaycan xalqı ona böyük etimad göstərərək öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısına verdi.
Keçən 19 il ərzində İham Əliyev Prezident kimi çox mühüm və ölkəmiz üçün taleyüklü işlər gördü, böyük uğurlar qazandı. Ölkədəbütün sahələr üzrə ciddi nailiyyətlər qazanıldı. Onun beynəlxalq aləmdə imici möhkəmləndi. Bu da Azərbaycan Prezidentinin çox düzgün, müasir, səmərəli və fayda gətirən siyasi kursu sayəsində əldə edildi.
Bunun da bariz nəticəsi idi ki, 2003-cü ilin oktyabrın 15-də ölkə rəhbəri seçilən İlham Əliyev sonradan Azərbaycan xalqı tərəfindən iki dəfə də Prezident seçildi.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, gördeye işlər nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən uğurlu müstəqil dövləti olmuşdur. Sosial-iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurların araşdırılması göstərir ki, Azərbaycan son 19 il müddətində nəhəng irəliləyiş əldə edib. Bu irəliləyişlər bütün sahələri əhatə edib. Bu illər ərzində ölkəmizin siyasi, iqtisadi imkanları genişləndirilib, onun beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.
Ölkədə iqtisadi sahələrdə əldə edilən uğur və tərəqqi digər sahələrin inkişafına da təsir göstərdi. Güclü iqtisadi tərəqqi güclü ordunun yaradılmasına təkan oldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Prezidentin effektiv siyasəti, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüz bərpa edildi. Bu gün düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması qarşımızda düran əsas məsələdir. Əminik ki, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində biz buna nail olacağıq.

Vəli Rəhimov,
Sabirabad Dövlət Sosial İqtisadi
Kollecinin tədris işləri üzrə direktor müavini
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter