• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan bütün platformalarda söz sahibidir

  • 10.10.2022, 10:26, Baxış sayı:
  • 293
Azərbaycan bütün platformalarda söz sahibidir
Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dair Praqada davam etdirilən danışıqlar da rəsmi Bakının təklif etdiyi baza prinsipləri əsasında aparıldı. Ermənistan Fransa prezidentinin bu görüşdə iştirakına ümid edərək, bəzi təxribatlara ümid edirdi. Paşinyan Fransanın da iştirak etdiyi görüşdə özünü qətiyyətli hiss edir, Fransa tərəfi də Ermənistanı dəstəklədiyini açıq şəkildə gizlətmirdi. Ermənistan və Fransa sərhəddə baş vermiş insidentlərə görə Azərbaycana təzyiq göstərəcəklərini güman edirdilər. Lakin digər görüşlərdə olduğu kimi, budəfəki görüşdə də Prezident Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi. Görüşün ümumilkdə 5 saatdan artıq çəkməsi və 2 hissədən ibarət olması müzakirələrin çoxşaxəli olduğunu deməyə əsas verir. Yekunda qəbul edilmiş bəyanatda Azərbaycan və Ermənistanın bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıması, bu xüsusda BMT Nizamnaməsinin əsas sənəd kimi götürülməsi bu dəfə də Azərbaycanın milli maraqları ön planda olduğunu təsdiqlədi. Bu, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir. Suverenliyi tanımaqla, Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır.
Praqa görüşündə, eyni zamanda sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi də razılaşdırıldı. Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq, bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, bu missiya yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Bu, bir daha onu göstərir ki, Azərbaycan heç bir halda ərazi bütövlüyü məsəsləsində güzəştə getməyib və bundan sonra da heç bir platformada Bakının milli maraqlarına zidd qərar və ya müzakirədən söhbət gedə bilməz.
Praqa görüşündə Azərbaycanın maraqları müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə, suveren dövlət olmadığını bir daha göstərdi.
Hər zaman müstəqil siyasət yeridən Azərbaycan bütün platformalarda söz sahibidir və sülh prosesində də şərtləri Bakı diktə edir.

Rəşad Qurbanov,
Sabirabad rayon Gənclərin Kariyera və
İnkişafı Mərkəzinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter