• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Mərkəzi Rayon Xəstəxanasının keçmiş binası GÖZGÖRƏSİ DAĞIDILDI?!

  • 06.10.2022, 18:49, Baxış sayı:
  • 327
NİYƏ DÖVLƏT ƏMLAKI GÜNÜN GÜNORTA ÇAĞI TALAN EDİLİB?

Mərkəzi Rayon Xəstəxanasının  keçmiş binası GÖZGÖRƏSİ DAĞIDILDI?!
















2017-ci ilin noyabrın 28-də Ölkə Prezidenti cənab İlham Əliyev Sabirabad rayonuna növbəti səfəri çərçivəsində Məkəzi Rayon Xəstəxanasının yeni binasının açılışını etdi. Müasir, işıqlı, hər cür tibbi avadanlıqlarla təchiz edilmiş bina öz memarlıq görnüşü ilə də fərqlənir. Bu yaraşıqlı bina hər bir sabirabadlının ürəyincə oldu.
Həmin günədək sabirabadlılara xidmət etmiş iki mərtəbəli bir neçə korpusdan ibarət xəstəxana binası yeni təmirdən çıxmışdı, üst damı belə dəyişmişdi. İsti suyu, qazı, istilik sistemi, bir sözlə hər şeyi qaydasında idi. Hamımız elə düşünürdük ki, xəstəxana yeni binaya köçdükdən sonra bu bina da yiyəsiz qalmayacaq və yaxud qorunub saxlanacaq. Amma deyir sən saydığını say, gör fələk, daha doğrusu birinci sırada Mərkəzi Xəstəxananın rəhbərliyi, sonra rayonun aidiyyəti təşkilatları nə sayır. Doğrudan da saydılar, ancaq geriyə.
Bu gün həmin “binaları” görsəniz gözlərinizə inanmazsınız. Sanki həmin əraziyə bomba düşüb.
Xəstəxananın binasının foto-şəkillərinə bir baxın. Ani olaraq yəqin düşündünüz ki, bu şəkil heç şübhəsiz hansısa müharibə gedən ölkələrdən birində çəkilib. Ancaq elə deyil. Bura Sabirabaddır. Şəhərin mərkəzindəki keçmiş xəstəxana binası. Keçmiş deyəndə bir neçə ilin.
Bəs xəstəxana rəhbərliyi və digər aidiyyəti mühafizə orqanları hara baxırdı, niyə dövlət əmlakının dağıdılmasına göz yumuldu.
Dünənədək əhalinin istifadəsində olan bu binada heç nə qalmayıb, qapı-pəncərələri, istilik sistemləri, su xətləri, hətta üzlük daşlarınadək sökülüb. Bütün materialların ustalıqla sökülməsindən o da aydın olur ki, bina planlı şəkildə, günün günorta çağı sokülüb-dağıdılıb, özü də vəhşicəsinə.
Buna nə ad verək?
Baxımsızlıq, talançılıq və yaxud məsuliyyətsizlik?!
Azərbaycan Prezidenti cənab İlham Əliyev bax belə hallara rəğmən demişdir: “Elə məsələ var ki, sadəcə olaraq, laqeydlik, biganəlik və məsuliyyətsizlik ucbatından həll olunmur. Elə məsələ var ki, heç böyük vəsait, böyük əziyyət tələb etmir. Sadəcə, onların vecinə deyil”.

İ. DƏMİRQAYA,
“Muğanın səsi”


Mərkəzi Rayon Xəstəxanasının  keçmiş binası GÖZGÖRƏSİ DAĞIDILDI?!
Mərkəzi Rayon Xəstəxanasının  keçmiş binası GÖZGÖRƏSİ DAĞIDILDI?!
Mərkəzi Rayon Xəstəxanasının  keçmiş binası GÖZGÖRƏSİ DAĞIDILDI?!
Mərkəzi Rayon Xəstəxanasının  keçmiş binası GÖZGÖRƏSİ DAĞIDILDI?!
Mərkəzi Rayon Xəstəxanasının  keçmiş binası GÖZGÖRƏSİ DAĞIDILDI?!
Mərkəzi Rayon Xəstəxanasının  keçmiş binası GÖZGÖRƏSİ DAĞIDILDI?!
Mərkəzi Rayon Xəstəxanasının  keçmiş binası GÖZGÖRƏSİ DAĞIDILDI?!
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter