• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

MƏRKƏZİ PROSPEKTDƏKİ XARABALIĞA YOL GÖSTƏRƏN AD GÖSTƏRİCİSİ

  • 30.03.2021, 13:57, Baxış sayı:
  • 476
MƏRKƏZİ  PROSPEKTDƏKİ XARABALIĞA  YOL GÖSTƏRƏN  AD  GÖSTƏRİCİSİ
MƏRKƏZİ  PROSPEKTDƏKİ XARABALIĞA  YOL GÖSTƏRƏN  AD  GÖSTƏRİCİSİ
MƏRKƏZİ  PROSPEKTDƏKİ XARABALIĞA  YOL GÖSTƏRƏN  AD  GÖSTƏRİCİSİ
MƏRKƏZİ  PROSPEKTDƏKİ XARABALIĞA  YOL GÖSTƏRƏN  AD  GÖSTƏRİCİSİ
MƏRKƏZİ  PROSPEKTDƏKİ XARABALIĞA  YOL GÖSTƏRƏN  AD  GÖSTƏRİCİSİ
MƏRKƏZİ  PROSPEKTDƏKİ XARABALIĞA  YOL GÖSTƏRƏN  AD  GÖSTƏRİCİSİ
və yaxud köhnə mərkəzi
xəstəxananın ad göstərən lövhəsi vəhşicəsinə dağıdılmış həmin
xəstəxananın xarabalığına yol göstərir

Azərbaycan dilinin izahlı lüğətində xarabalıq -xarabaya çevrilmiş yer, dağılmış, sökülmüş, viran qalmış yer anlamındadır. Yəqin təəccübləndiniz ki, şəhərin baş prospektində belə bir xarabalıq doğrudanmı mövcuddur.
Diqqətlə fikir verin. N.Nərimanov adına 2 saylı şəhər məktəbinin qarşı tərəfində, yolun düz kənarında “Sabirabad rayon Mərkəzi Xəstəxanası” yazılmış böyük bir lövhə hər kəsin diqqətini cəlb etməyə bilməz. Biz də elə bu adın ünvanına getdik. Qarşımıza böyük bir xarabalıq çıxdı. Bu virana qoyulmuş məkan yaxın zamanlaradək Mərkəzi Xəstəxana idi. Şöbələrin çoxu təmir edilmişdi, suyu, istiliyi var idi. Son illərdə orada yenidənqurma işləri də aparılmışdı.
Xəstəxana yeni binaya köçər-köçməz burada söküntü, dağıntı başlanıldı. Özü də günün günorta çağı. Vəhşicəsinə dağıntıya “Durun!” deyən bir dövlət təşkilatı tapılmadı.
İndi baxın görün həmin bina nə gündədir-uçurulmuş, dağıdılmış və viran edilmiş.
Sual olunur- dövlət əmlakının vəhşicəsinə dağıdılmasının qarşısı niyə alınmadı?!
Bəs ad göstərən lövhə niyə yerindədir?! Bəlkə bu da zəmanənin bir istehzasıdır.
Daha başqa söz tapa bilmirik. Şəkillərə bir baxın, nəticəni özünüz çıxardın...

QEYD: Hörmətli oxucular, Novruz bayramı günlərində -martın 26-da qəzetimiz çapa hazırlanmış və 27-si martda isə çap üçün Bakıya göndərilmişdir. Lakin qəzetimizdə gedəcək bu yazıdan-“Mərkəzi prospektdəki xarabalığa yol göstərən ad göstəricisi”dən hansı yollarlasa xəbər tutan əlaqədar təşkilatlar martın 28-də, yəni bazar günü “Sabirabad rayon Mərkəzi Xəstəxanası” yazılmış lövhəni götürmüşlər.
Doğrusu olmayan xəstəxananın ad göstəricisinin götürülməsi çox xoş oldu. Qəzetin təsir qüvvəsinin məlum nəticəsi bizi sevindirdi.
Ancaq xarabalıq yerindədir. Buna da bir əncam çəkmək gərəkdir.


İ.DƏMİRQAYA
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter